İnsanların Tənhalığı seçmə Səbəbləri
loading...
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Tənhalıq - bir çox insanların şüurlu şəkildə şəkildə seçdikləri yoldur.Bu hal hər insan üçün fərqli hisslər yaradır.Bəzilərini bu hal qorxudur, bəiləri üçün isə bu normal vəziyyətdir.Bəs görəsən,tənhalığı seçməyə insanları nə vadar edir ?
Bunun bir çox səbəbləri var və biz sizinlə onlardan bir neçəsi ilə bölüşürük.
1. Vəfasızlıq
Hər insan həyatında heç olmasa bir dəfə belə xoşagəlməz hal ilə rastlaşır.Baş verdikdən sonra isə artıq olan münasibət və güvən haqqında inamsızlıq hissi yaranmağa başlayır.Belə hal ilə üzləşən insan isə artıq bu cür hadisədən gözü qorxduğu üçün ətrafdakı hər kəsə və hər şeyə qarşı daha seçici və ehtiyatlı olmağa başlayır.Bu cür vərdişdən sonra isə kimə isə belə davranış kömək olur, kimin isə həyatını isə daha da çətinləşdirir.
2. Uşaqlıq
Psixologiya sahəsində olan bir çox mütəxəssislərin bildirdiklərinə görə, böyüklərin qarşılaşdıqları problemlərin bir çoxu uşaqlıqda yaşananlarla bağlıdır.Çünki, uşaqlıqda baş verən bütün hadisələr uşağın beynində qalır və iz salır.Ən pis xatirədə qalan hadisələr isə təhqir və alçaldılmadır.Uşaq yaşında bu cür hadisə ilə rastlaşmış insan isə artıq böyüyəndə insanlardan qaçmağa çalışır ki, artıq elə bir vəziyyətlə qarşı qarşıya qalmasın.
3. Münasibətlərdə şanssızlıq yaşamaq
Sevdiyin şəxslə ayrıldıqdan sonra yaşadəğınız hiss və həyəcan da artıq sizdə tənhalığa meyil yarada bilər.Əgər bu halı yaşamış insan həddindən artıq emosional insandırsa, bu daha ağır nəticələrlə də nəticələnə bilər.Lakin belə bir hal ilə rastlaşdıqdan sonra tamamilə hər şeydə mütləq halda neqativ bir şey axtarmaq da düzgün deyil.
loading...