Prostat Xərçəngi Riskinin Qarşısını Alan Tərəvəzi TANIYIN
Aile.fenomen.az saytı məlumat verir ki,
Böyük Britaniyalı mütəxəssislər sübuta yetiriblər ki, qida rasionunda pomidor tərəvəzi çox olan kişilərdə prostat xərçəngi yaranma riski 20 % aşağıdır.
Məsələ isə bundadır ki, pomidorun tərkibində likopin adlı xüsusi maddə mövcuddur.Bundan başqa, pomidor tərkibindəki antoksidantlar hesabına orqanizmə öz müsbət təsirini göstərir, çünki bu qabiliyyəti hesabına orqanizmdən lazım olmayan maddə və toksinlər ifraz olunur.
Xüsusilə də mütəxəssislər 50 yaşdan yuxarı olan kişilərə pomidordan, onun şirə və püresindən daha çox istifadə etməyi tövsiyə edirlər.
Lakin, onu da qeyd etmək lazımdır ki, bu məhsuldan istifadə edərkən həddi aşmaq olmaz, çünki tərkibində yüksək miqdarda duzlar vardır.
Müsbət nəticə əldə etmək üçün 1 həftə ərzində 10 ədəd bu tərəvəzdən yemək kifayət edəcəkdir.Bu prostat xərçəngi inkişafının qarşısı almaq üçün də, orqanizmin ümumi profilaktikası üçün kifayətdir.