YENİ İLDƏ HƏR BÜRC ÖZ UĞURLU RƏNGİNİ TANISIN!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bilirik ki, 2018 - ci il sarı it ilidir və artıq gəlib çatmasıa sayılı günlər qalıb.İnsanların əksəriyyəti artıq bu ilin ən dəbli rənglərinin hansı olmasını araşdırmağa başlayıblar.Çin təqviminə görə isə it ili hələ fevralın 16 - sı girəcək.Beləliklə, hər bürcün bu il öz rənginin hansı olduğunu araşdırmağa çalışaq.
QOÇ
Qoçlar seçim edərkən gözlənilməz qərarlar verməlidirlər.Mütləq deyil ki, olar ənənəvi şəkildə donlara üstünlük verməlidirlər.Bu kombinezon, kostyum ola bilər.Qırmızı rəngin bütün çalarlarından və çəhrayı rəngin yumşaq tonlarından istifadə etmək məsləhətdir.Aksessuar seçimi edərkən isə böyük və parlaq bəzək əşyalardan, saç düzümünü isə qeyri - adi ekstrovaqant etmək olar.
BUĞA
Buğalar pastel rəngli tonlara, xüsusilə də çəhrayı və nanə rəngli tonlara üstünlük verməlidirlər.Bu rəngləri o qədər də sevməyənlər isə tünd yaşıl, mavi, qəhvəyi rəngləri seçə bilərlər.
ƏKİZLƏR
Əkizlər üçün isə rənglərlə eksperiment keçirmək və hər hansı bir qeyri - adi rəng seçmək məsləhət görülür.Ən uğurlu rəngləri isə - mavi və sarı hesab edilir.
XƏRÇƏNG
Açıq rəglər onlara yaraşır.Bu ağ, süd rəngi, yumurta qabığı rəngli tonlar ola bilər.Bir balaca işıltılıq istəyənlər isə gümüşü rəngi seçə bilərlər.Lakin, çalışmalıdırlar ki, çox parlaq olmasın.
ŞİR
Şirlərin yeni il gecəsi üçün ən uğurlu rəngi qızılı və qırmızı rənglərdir.Bu rənglərllə onlar diqqət mərkəzində ola bilərlər.
QIZ
Qızlar sadə və gözəl geyinməklə öz zövqlərini ortaya qoya bilərlər.Sarı, yaşıl, göy kimi rənglər onları rəngləridir.Bu rənglərin həm parlaq, həm də bir qədər solğun variantlarından istifadə etmək olar.
TƏRƏZİ
Tərəzilərin ən uğurlu rəngi göy, yaşıl və boz tonlarda olan rənglərdir.Paltarlarınıza xoş abu - hava qatmaq istəyirsinizsə, kəmərdən də istifadə edə bilərsiniz.
ƏQRƏB
Əqrəblər üçün ən uyğun rənglər qırmızı, göy və bənövşəyi rəngin tünd və dərin tonlarıdır.Aksessuar seçimində isə sadəliyə üstünlük verməlidirlər.
OXATAN
Oxatanlar geyim seçərkən rahat geyimlərə üstünlük verməlidirlər.Ən uyğun rəngləri - bənövşəyi, bordo, şərab rəngli çalarlar, qaradır.
OĞLAQ
Oğlaqlar maraqlı bir özəlliyi olan geyimlər geyinməlidirlər.Bu hər hansı bir nahiyə tərəfdə yarıqlar, elementlər ola bilər.
DOLÇA
Dolçalar yaxşı olar ki, soyuq, buzlu, işıqlı çalarlı rənglərdən istifadə etsinlər.Mavi, göy, açıq rənglər uyğundur.
BALIQLAR
Balıqlar üçün klassik geyimlər məsləhətdir.Uyğun rəngləri isə mat tonlarda olmalıdır.
Sonda isə onu qeyd etmək lazımdır ki, hər hansı bir rəngin insana uğur gətirməsi əlbəttə ki, şərti sözdür.Lakin, uğura, xoşbəxtliyə doğru istiqamətlənən hər kəs mütləq şəkildə bir gün öz arzusuna yetir.
.
loading...