2018 - Cİ İL İT İLİ - YENİ İL SÜFRƏSİNDƏ NƏLƏR OLMALIDIR ?

loading...

2018 - Cİ İL İT İLİ - YENİ İL SÜFRƏSİNDƏ NƏLƏR OLMALIDIR ?

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Yola saldığımız iki od ünsürlü ildə sonra tamamilə fərqli - torpaq ünsürlü il it ili yaxınlaşır.Belə bir deyim var ki, qarşıdan gələn yeni ili xoşbəxt və firəvan keçirmək üçün məhz elə yeni il menyusunu da bu ilin rəmzi olan heyvanın zövq və istəklərinə uyğun hazırlamaq lazımdır.


Yeni il menyusunu necə hazırlamaq lazımdır ?
2018 - ci il yeni il süfrəsi üçün menyu tərtib edərkən o qədər də çətinə düşməyəcəksiniz.Yada salmaq lazımdır ki, it yemək mövzusunda o qədər də kaprizli deyil.Süfrəniz üçün həm balıq yeməkləri, həm də ət yeməkləri hazırlaya bilərsiniz.Meyvə seçimi edərkən isə çalışın ki, al - əlvan rəngli meyvələrə üstünlük verəsiniz.Yeməkləri süfrəyə verərkən də çalışın ki, rəngli şəkildə dizayn edəsiniz.


İlin rəmzi ola it həmçinin şirniyyatlara da biganə deyil.Yaxşı olar ki, bir neçə növdə desert hazırlayasınız.Konfet və şokolad seçimi də edərkən cazibəli rəngli kağızlı konfetlərdən almağınız tövsiyə olunur.İt ili olduğu üçün onu əks etdirən kiçik formalı bişmələr, kekslər və tortlar da hazırlaya bilərsiniz.Belə formalı xüsusi qabları isə mağazalardan əldə edə bilərsiniz.Onları hazırlayarkən uşaqlarınızı da köməyə çağıraraq işinizə əyləncə qata bilərsiniz.


Yeni il süfrəsi üçün daha bir önəmli qeyd isə budur ki, yadda saxlayın it çox yağlı və ağır yeməkləri sevmir.

loading...
Oxşar xəbərlər