Dərs Mövsümü Başlayır.. Uşaqları Yeni Dərs İlinə Necə Qaytarmaq OLAR ?

loading...

Dərs Mövsümü Başlayır.. Uşaqları Yeni Dərs İlinə Necə Qaytarmaq OLAR ?

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Yay tətilinin bitməsinə demək olar ki, artıq 1 ay vaxt qalıb.Düşünəndə ki, yenə səhərlər durmaq və məktəbə yaxud da bağçaya getmək lazımdır, uşaqların bu kabusunu başa düşmək çox da çətin deyil.Lakin, istənilən halda buna hazırlaşmaq lazımdır, çünki bu proseslər demək olar ki, hər kəsin həyatının ayrılmaz bir hissəsidir.

Beləliklə, yeni tədris ilinə və yenihəyat rejiminə necı asan adaptasiya olmaq olar ?

Bir neçə mütəxəssis rəyləri ilə sizi də tanış edirik.

Yay tətili uşaqların rahat dincəlməsi, qaçması və oynaması üçün nəzərdə tutulmuş istirahət dövrüdür.Lakin, bunların hamısını elə təşkil etmək lazımdır ki, yeni dərs ilinə qayıdarkən uşaq stresslə üzləşməsin.

İlk olaraq, rejimdən başlamaq lazımdır.Çalışmaq lazımdır ki, uşaq adət etdiyi vərdişlərdən çox da uzaqlaşmasın.Başqa bir məsləhətimiz isə, bütün yay tətili boyunca uşaqdan dərsləri üçüç darıxıb - darıxmadığını soruşmayın.Bu onları bezdirir.Yayda icazə verin ki, uşaq bir qədər sərbəst olsun və sözün əsl mənasında dincəlsin.

Ev tapşırıqlarını onlara xatırlatdıqda isə, çalışın ki, bunu ona zövqlü və əyləncəli şəkildə göstərəsiniz.Məsələn, vurma cədvəlini demək olar ki, sevməyən uşaq yoxdur.Hər hansısa bir cədvəllər yaradın, hətta o cədvəlin boş yerlərində stikerlər də yapışdırsanız, bu onlar üçün heyrətamiz və maraqlı dərs prosesinə çevriləcək.
 

loading...
Oxşar xəbərlər