Yeni İldə - Alovlu Xoruz ilində Süfrədə nələr Olmalıdır ?

loading...

Aile.fenomen.az saytı maraqlı məlumat paylaşacaq. Alovlu xoruz – ciddidir və sərtdir, sadə ev yeməkləri xarakterikdir.Lakin, əlbəttə ki, bu o demək deyil ki, yeni il süfrəmizdə adi buğda sıyığı olmalıdır.


Aile.fenomen.az saytı maraqlı məlumat paylaşacaq.

 

Alovlu xoruz – ciddidir və sərtdir, sadə ev yeməkləri xarakterikdir.Lakin, əlbəttə ki, bu o demək deyil ki, yeni il süfrəmizdə adi buğda sıyığı olmalıdır.

 

Gəlin baxaq gorək xoruz ilinə uyumlu şəkildə 2017 – ci ili qarşılamaq üçün yeni il süfrəmizi necə qurmalıyıq ?

 

Süfrə quruluşu

 

2017 – ci il süfrəsini düzgün bəzəyə bilmək üçün ən yaxşı tərz – kənd süfrəsi tərzində bəzədilmiş süfrədir.Bunlara sadə lakin, çox şık süfrələr, taxtadan hörülmüş kiçik səbətlər, quru canlı çiçəklər ola bilər.Süfrəni həmçinin şamlarla da bəzəmək olar.Rəng seçimində isə qırmızı, sarı, ağ rənglərdən istifadə etsəniz daha doğru olar.

 

Yeməklər

 

Bu yeni ilin yemək süfrəsində ən böyük qadağa – toyuq və yumurtadır.Əlbəttə ki, salat hazırlayarkən bu ərzaqlardan istifadə edə bilərsiniz, əsas odur ki, onlar süfrədə bütöv şəkildə görünməsinlər.

Süfrənizdə bol şəkildə meyvə və tərəvəzlərdən istifadə edə bilərsiniz.

Isti yemək seçiminiz isə yaxşı olar ki, ət yaxud balıqdan ibarət olsun.

Yemək menyunuzu kabablardan və barbekyudan tərəf seçə bilərsiniz.

Çalışın ki, süfrənizdə ağır yeməklər – yağlı, ədviyyatlı olmasın.Pendir, göyərti və göbələyi də unutmayın.

 

Şirniyyatlar

 

 

Həddindən artıq kalorili və ağır şirniyyatlardan uzaq durun.Yeni ili özündə əks edə bilən yüngül peçenyelər hazırlaya bilərsiniz.Yaxşı olar ki, hazırladığınız şirniyyatın əsasını təbii məhsullar – çərəzlər, giləmeyvələr, quru meyvələr təşkil etsin.

 
 

loading...
Oxşar xəbərlər