“ Sadəcə bunu düşünün ki, il əvvəl etməyi planlaşdırdığınız şeylər üçün təxminən 40 gün qalıb”
2017 – ci ilin sonuna demək olar ki, 1,5 ay qalıb, yəni hardasa 6 həftə.
Sadəcə bunu düşünün ki, il əvvəl etməyi planlaşdırdığınız şeylər üçün təxminən 40 gün qalıb.Doğrudur, nə isəni dəyişmək üçün çox az zaman qalıb, lakin, zamanımızı ehtiyatlı və diqqətli bölsək, bəlkə də bəzi şeyləri etməyi çatdıra bilərik.
2016 – cı ilin sonuna kimi nələri etməliyik ?
1. Olduğunuz ətrafı maksimal dərəcədə təmizləyin.
Evinizdə və ümumiyyətlə olduğunuz hər yerdə ümumi böyük təmizlik və səliqə işləri aparın.Evinizdə artıq, köhnə saydığınız hər hansı əşya varsa, onu atmaqdan çəkinməyin.Boş yerə deyilməyib ki, yeni ilə yeni əşyalarla girmək lazımdır.
2. Borcunuz varsa, hamısını qaytarın.
Önəmli deyil borcunuz maddidir ya da başqa cür.Yeni ilə borcsuz, "quyruqsuz” girməyə çalışın ki, növbəti ildə azad ola biləsiniz.Tək borc deyil, ümumiyyətlə həyatda hər şey elədir.Həll edilməmiş işlər qaldıqca, başqa yeni işə başlamaq qeyri – mümkündür.
3. Həkimə gedin. ( bu fərdi probledən asılı olaraq stomatoloq, dietoloq, oftolmoloq, terapevt, kordioloq və s. ola bilər )
Sağlamlıq həyatımızın ən böyük nemətidir.Sağlam qalmaq üçün isə vaxtlı - vaxtında həkimə müraciət etmək vacibdir.Yeni ildə sağlıqla bağlı problem yaşamamaq üçün elə indi ən azı check – up ( yoxlama ) müayinəsinə gedin.
4. Öz – özünüzə səmimi məktub yazın.
Özünüzə bir gün vaxt ayırın və oturub ətraflı bu ili və olanları analiz edib, düşünün.Cəsarətli olun.Həm səhvlərinizi, həm doğrularınızı yazın.Hər kiçik qələbənizlə, uğurunuzla fəxr edin.Özünüzü müsbət hadisələrə və emosiyalara kökləyin.
5. Əlbəttə ki, hədiyyələr alın.
Yeri gəlmişkən, yeni il həddiyəsini elə indidən almaq lazımdır, yeni ilə bir gün qalmış yox.Sevdiyiniz insanları siyahıya yazın.Belə etsəniz, hədiyyə almaq üçün heç kimi unutmayacaqsınız.
6. Ən nəhayət yeni ilinizi kiminlə qarşılamaq istədiyiniz haqqında düşünün.
Əlbəttə ki, elə bu haqqda düşündüyünüz an, ən çox sevdiyiniz insanlar sizin yadınıza düşəcək və elə məhz bu sizi xoşbəxt edəcək.