Bayram günü necə qidalanmaq lazımdır? – DİETOLOQ MƏSLƏHƏTİ

loading...

Bayram günü necə qidalanmaq lazımdır? – DİETOLOQ MƏSLƏHƏTİ

Hər kəs qarşıdan gələn Yeni İl axşamında müxtəlif təamlardan, mətbəximizin ləziz yeməklərindən doyunca yeyib-içməyi düşünür. Biz azərbaycanlılar bayramları xüsusi canfəşanlıqla qeyd edirik. Müxtəlif şirniyyatlar, yağlı və ətli yeməklər hər bayram olduğu kimi yeni ildə də süfrələrimizdən əksik olmur. Lakin yaşlılar və xəstələr yemək məsələsində bir qədər ehtiyatlı davranmalıdır. Çünki həmin gün yeyəcəyiniz bəzi qidalar sizin sağlamlığınıza ciddi ziyan vura bilər. Xüsusən də, hipertoniya və diabeti olan şəxslər qidalanmalarına daha çox fikir verməlidir.

 

aile.Fenomen.Az xəbər verir ki, A24.Az sayıtı "bayramda necə qidalanmaq doğru olar?” sualını dietoloq Şəhriyyə Əhmədovaya ünvanlayıb.

 

Dietoloq vurğuladı ki, bayram qidaları sağlam şəkildə təşkil edilməli və müəyyən rejimlə yeyilməlidir.

"Bayram axşamı "yemək yeyəcəyik”, deyib bütün günü ac gəzmək olmaz. Həmin günü səhər yeməyi mütləq yeyilməlidir. Günorta ət yeməyi olamamaq şərti ilə, müxtəlif şorbalar, salatar yeyilməsi məsləhətdir. Bayram süfrəsində isə yüngül xamalı və ya  bitki yağından hazırlanmış salatlar yeyilməlidir.

İsti yeməklərə gəldikdə isə sobada hazırlanmış yeməklərə üstünlük verilsə daha yaxşı olar. Bayram günü spirtli içki qəbul edənləri nəzərə alsaq, onlara tövsiyyə edərdim ki, ət yeməyi ilə spirtli içki qəbul etməsinlər. Çünki bu halda qara ciyəri yükləmiş olarlar, bu da, qara ciyərə toksiki təsir edə bilər. Şirniyyatlardan isə südlü şirniyyatlar, çizkeyklərlə qidalanmaq məsləhətlidir. Ölkəmizdə adətən yemək süfrəsi yığışdırlan kimi mütləq şirniyyatla çay verilir. Bu müəyyən zaman məsafəsi ilə edilməlidir”.

Dietoloq bayram gecəsi gec yatanlara və səhərə qədər oyaq qalanlara isə çoxlu miqdarda su içməyi məsləhət gördü. O,  xüsusən də spirtli içki qəbul edənlərə su içməyin vacib olduğunu qeyd etdi.

"Plovsuz bayram süfrəmizi təsəvvür etmək mümkün deyil. Məhz buna görə, yüksək qan təzyiqindən və şəkər xəstəliyindən əziyyət çəkənlərin plovun düyüsündən az miqdarda, ətinin isə yağlı hissəsindən olamamaq şərti ilə yemələri məsləhətlidir. Şəkər xəstələri üçün isə şirniyyatlar daha əvvəldən şəkər əvəzləyicilərlə hazırlanmalıdır. Mədə xəstəliklərindən əziyyət çəkənlər isə qızardılmış qidalardan az istifadə etsələr, daha yaxşı olar. Bütün günü ac gəzib, axşam birdən mədəni yükləmək olmaz. Turşu və ya şorabalardan bayram axşamı ac mədəyə göndərmək doğru deyil.  Günorta saatlarında mədəsində problem olan insanlar şorba içməlidirlər ki, mədə boş qalmasın”.

loading...
Oxşar xəbərlər