loading...
loading...

Hamilələr Günəş Vannası QƏBUL EDƏ BİLƏRMİ?

loading...

Hamilələr Günəş Vannası QƏBUL EDƏ BİLƏRMİ?

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Məlumdurki, qızmar və isti yay günlərində hər kəs dəniz sahilinə gedib dincəlmək və günəş altında uzanıb qaralmaq istəyir.Bu istəkdə olanların içərisində hamilə qadınlar da var.Bəs bu hamilələr üçün təhlükəli ola bilərmi?


Hamilə qadınlar özlərini xüsusi diqqətdə saxlamalı və istənilən vəziyyətlərdə ehtiyatlı olmalıdırlar.Bu vəziyyəti araşdırmaq üçün ekspertlər bir sıra araşdırmalar həyata keçiriblər.Bütünlükdə ekspertlər bildirirlər ki, hamilələr üçün günəş vannası o qədər də məsləhət deyil, lakin onu da qeyd etmək lazımdır ki, araşdırma zamanı günəş vannasının körpələr üçün xüsusi bir təhlükə mənbəyi olması da aşkar olunmayıb.Günəş altında uzun müddət gəzdikdə yaxud uzandıqda bu günvurmaya, yanmalara və halsızlıq kimi problemlərə səbəb ola bilər.Sadalanan bu cür mənfi hallar isə əlbəttə ki, körpə üçün təhlükəli hesab edilir.


Qızmar yay günlərində hamilələr çalışmalıdırlar ki, mümkün qədər küçəyə çıxmasın, günəşin zərərli şüalarından qorunsun və gün ərzində bol miqdarda su içsinlər.Qaralmanı təmin edən solyari kimi digər prosedurlar da məsləhət görülməyənlər siyahısındadır.Çünki, solyari qəbulu zamanı orqanizm ultrabənövşəyi şüaların təsirinə məruz qalır.Nəticədə isə xüsusi vəziyyətdə olan orqanizm zərərli şüa və radiasiyaya məruz qalır, və fol turşusu çatışmazlığı kimi narahatlıqlar baş qaldırır.


Nəzərə almaq lazımdır ki, hamiləlik dövründə orqanizmdə hormonların yüksələsinə görə dəri çox həssas olur və tündləşir.

 

loading...
Oxşar xəbərlər