Hamilələr Qəhvə İçə Bilərmi ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Körpəsinin sağlam olmasını istəyən qadınlar qəhvədən birdəfəlik imtina etməlidirlər.
Böyük Britaniyanın Bristol universitetinin alimləri araşdırmalar zamanı belə qənaətə gəliblər ki, doğulacaq körpəsinin sağlam və gümrah olmasını istəyən analar tərkibində kofein olan içkilərdən birdəfəlik imtina etməlidirlər.
Daha sonra isə Norveçli mütəxəssislər bu qərarı təqzib edərək bildiriblər ki, gün ərzində 2 fincana qədər qəhvə içmək uşağın sağlamlığı üçün heç bir təhlükə törətmir.Lakin britaniyalı alimlər bu fikrə narazılıq edərək bildirirlər ki, qəhvə uşaqlarda piylənməyə səbəb olur.
Aparılan araşdırma zamanı ekspertlər iştirakçı qadınları 3 qrupa ayırıblar.Birinci qrupda iştirak edən qadınlar hamiləlik dövründə qətiyyən qəhvə içməyiblər.İkinci qrupda yer alan qadınlar gün ərzində 2 fincan, üçüncü qrupdakı qadınlar isə gün ərzində 3 fincandan daha artıq qəhvə içiblər.Nəticədə, ikinci qrupda iştirakçı olan anaların körpələri qətiyyən qəhvə içməyən analarla, yəni birinci qrupda iştirak edənlərin körpələri digərləri ilə müqayisədə 15 % daha ağır olublar.Üçüncü qrupda iştirak edən anaların körpələri isə birinci qrupda olan anaların körpələri ilə müqayisədə 30 - 65 % daha ağır olublar.