“ XURMA YEYİN və ARIQLAYIN “
Aile.fenomen.az saytı sağlamlıq məlumatlarını bölüşməyə davam edir.
Bizlərdən çoxları quru meyvələr yeməkdən çəkinirik.Buna səbəb isə onların tərkibində şəkərin miqdarının çox olması gətirilir.Çünki, şirin qidalar prinsip olaraq, kalorili qidalar siyahısına aid olunur.Həmçinin də belə şirin quru meyvələrin ən başlıcası xurma sayılır.
Beləliklə, gəlin çalışaq ki, xurma yeyərək necə arıqlamaq olar fikrinə aydınlıq gətirək.
Bildiyimiz kimi, xurmanın özünəməxsus çox şirin dadı var və artıq 5 ədəd xurma yedikdən sonra artıq biz susuzluqdan əziyyət çəkməyə başlayırıq.Xurmanın tərkibində fruktoza və qlükoza, həmçinin, riboflavin, niaçin, B6, B1, B12, A və C vitaminləri, bundan başqa, sink, maqnezium, fosfor, selen, bal, dəmir, natrium, bor, kobalt kimi mikroelementlərlə zəngindir.
Xurmanın tərkibində olan selen mikroelementinin müqabilində saç dibləri möhkəmlənir, həmçinin saça ipək effekti verir.
Belə zəngin ehtiyat hesabı olduğu üçün xurma tam olaraq, nahar və şam yeməyini əvəz edə bilər.Müsəlman ölkələrində qida rasionlarında xurmaya xüsusi yer verilir və onun insanlarda müqəddəs və əvəzolunmaz yeri vardır.Onu qeyd edək ki, insan ay ərzində heç nə ilə deyil, yalnız xurma və su ilə qidalanarsa, orqanizm heç bir itki verməz, tam əksinə, orqanizm faydalı ehtiyatla zənginləşər.
Əti siz xurma ilə əvəz edə bilərsiniz.Bu zaman gün ərzində 10 ədəd xurma yeməlisiniz.Artıq çəkiniz zaman – zaman sizi tərk edəcək.