Aylara görə Xarakter Analizi
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Yanvar – ciddi xarakterli, münasibət bildirən, insanı xoşbəxt etməyi bacaran, çox diqqətli, romantikdir, lakin sevgisini ifadə etməkdə çətinlik çəkər, sosial istiqamətdən zəifdir.
Fevral – səssiz, utancaq, özgüvənsizdir, azadlığına düşkündür, inadçıdır, xəyallarının ardınca gedir.
Mart – çəkici xarakterlidir, comərd, əsrarəngiz, güvəncli, nəzakətə önəm verən, intiqamçı, utancaq, dəyişkən.
Aprel – aktiv və enerji doludur, təsəlli etməyi sevər, cəsur, macərapərəst, diplomatikdir, tez qərar verib tez peşman olur, şəfqətlidir.
May – sərt xarakterlidir, xəyal qurmağı sevər, anlayışlıdır, fiziki gözəlliyə önəm verir.
İyun – eyni anda bir neçə şey düşünə bilər, qərarsız, əyləncəli, inadçı, həssas, danışqan, nəzakətli və şirindillidir.
İyul – başqalarının düşüncələrinə çox önəm verər, dostu çox olar, qururludur, asan öyrənər, çətin ikna olur.
Avqust – liderlik özəllikləri var, yol göstərməyi sevər, diqqətli və tədbirlidir, qorxusuzdur, zarafatı sevərlər.
Sentyabr – yaxşı natiqdirlər, insanların səhvlərini üzünə vurmağı sevirlər, münasibətdə seçicidir, sadiq və güvənclidir, idman və səyahəti sevir, hisslərini içində saxlayır.
Oktyabr – söhbət etməyi sevər, maraq dairəsində olmağı sevər, tez küsüb tez barışar, dostlarına çox önəm verər, özgüvən hissi zəifdir.
Noyabr - əyləncəli xarakterli, yardımsevər, dərin duyğularla sevər, hər kəsi olduğu kimi sevər, çalışqan və məsuliyyətli, insanlara asan təsir edər.
Dekabr – sadiq və comərddir, əzmli, səbrsiz, dostlarını özündən çox düşünər, sevildiyini hiss etmək istər.