Ayaq Barmaqlarınızın Formasına görə Xarakter Analizi
Ayaq barmaqlarınızın xarakteriniz haqqında bir çox şeyləri xəbər verdiyini bilirdiniz ? Bu məlumatımızda sizi bu haqqda bilgiləndirəcəyik..
Sabit və sosial
Əgər ayaq barmaqlarınızın boyu sağdan sola qısalırsa, çox sabit bir insansınız deməkdir.
Belə insanlar bir divarla belə danışa bilmə qabiliyyətinə sahibdirlər.Bu o deməkdir ki, onlar yeni tanışlıqları və yeni münasibətləri sevirlər.Hətta dostcanlılığı bu cür insanları bəzən çətinliklərə də sala bilər.Açıq fikirli insanlardır və belə olduqları üçün də çox xoşbəxtdirlər.
Yaradıcı və coşğulu
Əgər ikinci barmağınız baş barmağınızdan böyükdürsə, yaradıcı zehnə malik insansınız.
Belə insanlar hər zaman yenilik axtarışında olurlar.Bu yeniliyin öhdəsindən də onu öyrənə - öyrənə gəlməyi daha çox sevirlər.Hər şeyə bu qədər maraq göstərmək isə bəzən oları yora bilər, hətta stressə belə düşmələrinə səbəb ola bilər.Lakin, bu insanlar hər çətin vəziyyətdən hər zaman asan çıxış yolu tapa bilirlər.
Güvəncli və diqqətli
Əgər bütün barmaqlarınızın uzunluğu eynidirsə, siz sadiq birisiniz.
Ətrafdakı insanlar bu cür insanların yalnız çətin vəziyyətlərdə deyil, bütün vəziyyətlərdə məntiqli davranacaqlarını bilirlər.Belə insanlar sakit, utancaq və təmkinli təbiətə sahib olurlar.İnsanlar güvənmək məsələsində diqqətli davranmalıdırlar.