Xallarınız Xarakterinizin Xəbərçisidir !
Aile.fenomen.az maraqlı məlumatlar bölüşməyi davam edir
Xallar – onlar demək olar ki, hər bir insanda mövcuddur.Birində alnında, birində yanağında, kimsədə ovcunda, ayağında, belində və s.Xala bədənin istənilən bir nahiyəsində rast gəlmək mümkündür.
Psixoloq Boris Xiqir əmindir ki, xallar insanın xarakteri haqqında xəbər verə bilər.Beləliklə gəlin bu məsələyə daha geniş aspektdə baxaq və psixolqun fikrinə görə xalların yerləşmə nahiyəsinə görə xarakterlərlə tanış olaq.
Çənədə olan xal – istedadlılıq, ehtiyatlılıq və tərslik deməkdir.
Boyunda olan xal – qəlizlik, çətinlik, tərslik və bağışlamayan deməkdir.
Əllərdə olan xal – qorumasızlıq, köməksizlik və güvənsizlik deməkdir.
Alının ortasında olan xal – depressiyaya, nigaranlığa, kaprizlərə meyillilik deməkdir.
Burunda olan xal – uğur və sənətdə şanslılıq deməkdir.
Dodağın sağ tərəfdən alt hissəsi – sanki həyatın bütün çətinliklərinə qarşı mühafizə edəcək şəkildə ana ilə sıx bağlılıq.
Yanaqda olan xal ( xüsusilə də böyükdürsə ) – emosionallılıq və anilik deməkdir