GEYİM TƏRZİMİZİN HƏYATIMIZA TƏSİRİ
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Müasir dövrümüzdə insanın stil və imici onun həm özü üçün, həm də ətrafı üçün mühümür.Çünki elə deyimdə də deyildiyi kimi, hər kəs kimliyindən asılı olmayaraq ilk olaraq geyimi ilə qarşılanır.Hər yerdə, işə qəbul olmaq üçün də, iş görüşməsindədə, romantik görüşdə də, ilk diqqət edilən şey bizim xarici görkəmimizdir.
Bu kəlmə də əbəs yerə geniş yayılmayıb – " biz əyinimizə nə geyinmişiksə, elə oyuq ".
Bu kəlmənin mənası odur ki, bizim qarderobumuzda olan hər şey bizim seçimimizdir, orada olan hər geyimin rəngi, forması, aksessuarlarımız, bir sözlə, hər şeyimiz ətrafa bizim haqqımızda informasiya ötürür.Bu informasiyanın da müsbət yaxud mənfi olmasını isə görkəmimizlə biz tənzimləyirik.
Öz geyim tərzimi necə yaratmalıyam ?
Bir çoxları düşünür ki, dəblə uyğunlaşan və öz geyim tərzi olan qadın bahalı butik və moda evlərindən geyinən, bahalı dizaynerlərin tikdiyi ən son dəbdə olan geyimləri geyinən xanımlara deyilir.Lakin, real olaraq əlbəttə ki, bu tamamilə bu cür deyil.
Şəxsi geyim tərzi – bu mütləq dəbdə və gündəmdə olandan daha yüksək bir şeydir.Bu siz özünüzsünüz!
Fərdi geyim tərzi – bu o deməkdir ki, geyimizlə biz özümüz haqqımızda hər şeyi deyirik – xarakterimizi, vərdişlərimizi, istəklərimizi, hətta məqsədlərimizi belə.
Öz geyim tərzimizin olması – özün olmaq deməkdir.Bunun üçün isə əlbəttə ki, cəsarət, güc və bacarıq lazımdır.
İnsan psixotiplərinin fərqləndirilməsinə görə, 4 əsas geyim tərzi ayırd edilir :
- klassik
- romatik
- təbii
- dramatik
Dəbli insan – öz daxili hiss və həyəcanını, istəyini, cəsarətini geyimi ilə deməyi bacara bilən insandır.Hər kəsə həyatda dəbli və gözəl görünməyi arzu edirik.
Unutmayın, dəb nə isə bir şeyi tamamlamaq deyil, dəb həyatın bilavasitə özüdür!