Qadınların qoyduqları ayaq pozaları əslində nə deməkdir ?
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Günü – gündən psixologiya elmi inkişaf edir və mütəxəssis araşdırmaları da artmaqdadır.Artıq demək olar ki, edilən hər bir hərəkətimiz öz xarakterimizin ilkin xəbərçisidir.
Bugünkü məlumatımızda qadınların ayaq pozlarının onlar haqqında hansı məlumat verdiyini öyrənməyə çalışacağıq.
1. Əgər xanım ayaqlarını geniş formada açılmış vəziyyətdə dayanırsa, bu o deməkdir ki, o kifayət qədər qərarlı və tərs tipdir.Bu cür insanlar əyilməyən quruluşa sahibdir və öz məqsədlərinə nə olur olsun çatmağa çalışan insanlardır.
2. Xanım dik və ayaqlarını bərabər formada tutursa, bu onun praktik, insan çatışmazlıqlarına qarşı səbrli biri olduğunun xəbərçisidir.Belə insanlar yaxşı dost olurlar.Lakin bu insanlar kənardan ilk baxışda çox soyuq görünürlər, bu da kənar insanlara onlarla ünsiyyət qurmaq üçün problem yaradır.
3. Əgər xanım bir ayağının üstünə durub, digərini bir az önə tərəf çəkirsə, bu o deməkdir ki, həmin xanım güclü temperamentə sahibdir və həyatda enerji ilə dolu pozitiv insandır.Belə xanımlar diqqət mərkəzində olmağı çox sevirlər.
4. Ayaqlarını bir – birinin üzərinə aşıran xanımlar özlərinə və öz görünüşlərinə çox inamlı olurlar.Onlar ətrafdakı insanların diqqətinə və maraq dairələrinə uymağı bacarırlar.Belə xanımlar həyatdan zövq almağı bacarırlar.Məhz belə xanımlar əks cinsin nümayəndələrinin diqqətini çəkməyi və onlara maraqlı olmağı bacarırlar.
Əgər xanım oturub və eyni zamanda ayaqlarını X formasında saxlayaraq, irəli çəkibsə, bu o deməkdir ki, belə xanımlar sərt şəxsiyyətdirlər.Onlar hər zaman yüksəkdə olmağa can atır, qısqancdırlar və şəxsi həyatda onlara mane olan şəxslərə qədər kifayət qədər rasional və xarakterlidirlər