İnsan Beynini İnkişaf Etdirəcək 8 QİDA

loading...

İnsan Beynini İnkişaf Etdirəcək 8 QİDA

 

Aile.fenomen.az saytı maraqllı sağlamlıq məlumatlarını bölüşməyə davam edir.

 

Zəka və yaddaşın inkişafına yardım edən qidalar sırasında şokolad, qatıq, kartof var.Yaddaşımıza yaxşı baxan, unutqan olmağımızı aradan qaldırmaq və zəkanı inkişaf etdirmək üçün bu qidaları seçmək çox faydalıdır.

 

QATIQ– qatığın tərkibində olan tirozin maddəsi beyini inkişaf etdirir və yaddaşı gücləndirir.Bunun da sayəsində beyin məşğul olduğu mövzu üzərində daha effektiv işləyir.

 

LOBYA – yaşıl lobya özündə lif və proteinləri bir arada saxlayan nadir məhsullardandır.Mütəxəssislərin fikrinə görə, xüsusilə də uşaqlarda yaddaş və zəkanın yaxşı işləməsi üçün bu məhsulun yeyilməsi mütləqdir.

 

ÜZÜM VƏ ÜZÜM SUYU – tərkibində olan dopamin maddəsinin hesabına qarşıda olan istənilən problemin həll olmasına fürsət yaradır.

 

QIRMIZI ƏT – yağdan və damarlardan təmizlənmiş yavan ət demək olar ki, tam bir dəmir vitamini mənbəyidir.Bu da beyin inkişafı üçün çox önəmlidir.

 

BALIQ BALIQ MƏHSULLARI – bu məhsulun sonsuz faydaları çox məşhurdur.Xüsusilə də tərkibindəki  Omeqa 3 yağları həm beyin, həm də yaddaşın güclü inkişafı üçün əvəzsizdir.

 

TAXIL MƏHSULLARI – orqanizmdə qan şəkərinin miqdarını normallaşdırır və bunun da nəticəsində beyin tam gücü ilə hərəkətə keçir.Məsləhətdir ki, taxıldan, yəni bir dili çörəkdə səhər yeməyi zamanı istifadə edəsiniz.

 

QIRMIZI SOĞAN – bu məhsul xüsusi maddə və vitaminlərlə olduqca zəngindir.Onun tərkibində folik asit və yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı xüsusi birləşmə var.

 

QIRMIZI VƏ NARINCI MEYVƏ VƏ TƏRƏVƏZLƏR – xüsusilə də pomidor, yerkökü və qırmızı bibərin tərkibində olan antioksidantlar beynin uzun müddət daha sağlam qalmasını təmin edir.

loading...
Oxşar xəbərlər