Hamilələr üçün Ən Faydalı 8 Qida

loading...

Hamilələr üçün Ən Faydalı 8 Qida


 

Aile.fenomen.az saytı hamilələr üçün maraqlı məlumatlar bölüşməyə davam edir.

 

Hamiləlik dövründə ana həm özünün, həm də körpəsinin sağlamlığının qeydinə çox diqqətlə yanaşmalıdır.Sağlamlıq isə yadda saxlamaq lazımdır ki, yediyimiz qidadan da çox asılıdır.Xüsusilə də, əgər söhbət hamilə qadından gedirsə, məsələyə xüsusi ehtiyatla yanaşmaq lazımdır.

 

Beləliklə, hamilələr üçün xüsusi faydaya malik olan qida və məhsul adları ilə sizi də tanış edirik.

 

Yumurta –  12-dən artıq vitamin və mineral var və yumurtada hamilələr üçün lazım olan miqdarda protein vardır.Yumurta həmçinin körpənizin böyüməsi və beyin sağlamlığına sonsuz faydası olan kolin maddəsi ilə də zəngindir.

 

Balıq -  yüksək keyfiyyətli protein mənbəyidir.Körpə və ana üçün çox faydalı olan Omeqa 3 yağları ilə zəngindir.

 

Paxla – quru paxla, lobya, noxud.Paxlalı qidalar ən çox lif və protein təşkil edən məhsullardır.Liflər və proteinlər isə hamilə qadın üçün çox önəmlidir.

 

Dənli qidalar – dənli bitkilər də liflərlə çox zəngindir.Qarğıdalı, yulaf əzməsi, çörək, bütün bu qidalarda hamilə üçün lazım olan vitaminlər vardır.

 

Qoz - əgər balıq yaxud da yumurta sevmirsinizsə, körpənizi beyin inkişafı üçün qoz əvəzsiz seçimdir.Çünki qozun da tərkibində Omeqa 3 yağları olduqca bol şəkildə vardır.

 

Yarpaqlı göyərti və tərəvəzlər – ispanaq, kələm, pazı və digər yaşıllıqlar A, C, K vitaminləri ilə çox zəngindir.Həmçinin bu tərəvəzlər göz sağlamlığı baxımından da çox xeyirlidir.

 

Yağsız ət - ət bildiyimiz kimi ən böyük protein mənbəyidir.Lakin hamilələr ətin yağsız olmasına xüsusi diqqət etsinlər.Yavan ət hamilələr üçün çox faydalıdır.

 

Meyvə və tərəvəzlər – yaşıl, qırmızı, turuncu, sarı, bənövşəyi, ağ meyvə və tərəvəzlərin hər biri fərqli vitamin, mineral və antioksidant mənbəyidir.

 

 

loading...
Oxşar xəbərlər