Hansı Göyərtinin Daha Faydalı Olduğunu Bilmək İstəyirsinizmi?
Aile.fenomen.az saytı məlumat verir ki,
Reyhan – virus əleyhinə əla təsirli vasitədir, öskürək müalicəsində təsirlidir,astma zamanı faydalıdır, immun sitemini stimullaşdırır.Bu göyərtinin tərkibində vitamin C, kamfen, evenqol, sineol maddələri var.Tərkibində olan məhz bu maddələrin hesabına reyhanda soyuqdəyməyə qarşı güclü təsir və hətta antibiotik təsiri var.
Bundan başqa, yaşıl reyhan güclü dezinfeksiya təsiri var, bunun sayəsində dəbu gözyərti ağızda olan xoşagəlməz qoxunu və mikrobları məhv edir.
Bu göyərti güclü sidikqovucu təsirə malikdir ki, bu daqanda turşuluğun miqdarının azalmasına və böyrəklərin təmizlənməsinə yardım edir.
Cəfəri – vitamin C və A ilə olduqca zəngindir.Gün ərzində 50 qr. yeyilməsi məsləhət görülür.Təzyiqdən əziyyət çəkənlər üçün çox faydalıdır, sidikqovucu təsirə malikdir.Reyhan kimi cəfəri də tənəffüsü təmizləyir.
QEYD – hamiləliyin ilk trimestrində cəfəridən istifadə etmək məsləhət görülmür, çünki açılış üçün zəmin yaratma təhlükəsinə sahibdir.
Şüyüt – göyərti vitamin C, A, B2, B6, P, PP, kalsium, kalium, fosfor, dəmir, maqneziyum ilə olduqca zəngindir.Qanın dövretmə prosesini sürətləndirir.Tənəffüs yolları, qaraciyər, sinir sistemi, təzyiq üçün çox faydalıdır.
Keşniş – bu göyərti həzm sistemini sürətləndirir, yediyiniz qidanın ağırlığını aradan qaldırır.Ürək - əzələ sistemi və bağırsaq fəaliyyətinin pozğunluqları zamanı çox təsirlidir.
QEYD – potensiyanı zəiflətmə , yuxusuzluq vermə kimi problemlər yarada bildiyi üçün çox yeyilməsi məsləhət görülmür.
Nanə - beyin fəaliyyətini stimullaşdırır.Sakitləşdirici, antiseptik, ağrıkəsici təsirə malikdir.Xalq təbabətində bu göyərtidən öskürək və mədə yanması zamanı geni istifadə olunur.
QEYD – kişilərə çox miqdarda yemək məsləhət görülmür, çünki onlarda potensiyanın zəifləməsinə səbəb olur.Hamiləlik dövründə də istifadə olunmaması daha məsləhətdir.