Yüksək Qan Təzyiqindən Əziyyət Çəkənlər, MÜTLƏQ Bu 10 MəHSULU Yeməlidir!
loading...
Aile.fenomen.az saytı sağlamlıq mövzusunda maraqlı və çox faydalı məlumatla bölüşməyə davam edir.
1.Yağsız kəsmik
Yağsız kəsmik kalsium, maqneziyum və kalium maddələrinin mənbəyi olaraq ürək - əzələ sistemini möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.Hər gün ən azı 100 qr. kəsmik yemək lazımdır.
2. Qırmızı bolqar bibəri
Bibərin tərkibində rekord həddi miqdarında C vitamini var.Hipertoniyalı insanlar bu tərəvəzi bacardıqları qədər çox yeməlidirlər.Hər gün 2 ədəd bibər yemək sizin gündəlik C vitamini ehtiyacınızı ödəyə bilər.
3. Balıq (salmon balığı)
Omeqa 3 yağ turşularının mənbəyi olan balıq yüksək təzyiqi endirmək üçün çox təsirlidir.Yaxşı olar ki, balıq məhsullarını həftə ərzində 3 dəfə 100 - 150 qr. qədərində qəbul edəsiniz.
4. Yulaf yarması ( qerkules )
Bu yarma yüksək təzyiqdən əziyyət çəkənlərin hər səhər menyusunda olmalıdır.
5. Balqabaq tumları
Bu tumlar sinklə zəngindir, bu da infarkt kimi ürək problemlərinin qarşısını almaq üçün çox təsirlidir.Gündə qəlyanaltınızda 20 qr. bu tumlardan yeməyiniz kifayət edəcəkdir.
6. Kakao
Kakao əzələlərin fəaliyyətini gücləndirir.Lakin, o kalorili içəcəkdir.Ondan həftədə bir neçə fincan içmək kifayət edəcəkdir.
7. Yağsız süd
Südün tərkibində hipertonik insanın vəziyyətini yaxşılaşdıran kalium, kalsium, maqneziyum, vitaminlər mövcuddur.Gün ərzində 3 stəkan içmək olar.
8. Tünd şokolad
Tünd şokolad ürək əzələlərini möhkəmləndirir, tərkibində antioksidantlar mövcuddur və təzyiqi 5 - 10 mm. qədər endirmək qabiliyyətinə malikdir.Böyük miqdarlarda onu yemək məsləhət deyil.
9. Badam
Badamın tərkibində xolesterinin miqdarını azaldan xsusi elementlər var.Bu çərəz kalium, maqneziyum, vitamin E və digər təzyiqi endirmək üçün mühüm olan maddələrdən ibarətdir.
10. Yaşıl çay
Yaşıl çay tərkibində olan antioksidantlar hesabına orqanizmi bütün lazımsız qalıq və yığıntılardan azad edir.Yaponiyada heç kim demək olar ki, yüksək qan təzyiqindən əziyyət çəkmir və hər kəs də yaşıl çay içir.
loading...