Varikozdan əziyyət çəkənlər bunları yeməlidir

loading...

Varikozdan əziyyət çəkənlər bunları yeməlidir

Varikoz xəstəliyi çox yayılmış pozulmadır. Varikoz tək kosmetik defekt deyil. Bu xəstəlik çox ciddi fəsadlar verə bilər - damarların iltihablaşması, damarlarda trombların əmələ gəlməsi, ayaqlarda sağalmayan xoralar və s.

Varikozdan əziyyət çəkənlər qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş qidaları, konservləri, yağlı bulyonları, yağlı kremlə tortları, pirojnaları, spirtli içkiləri çıxartmalıdır. Bu qidalar bədəndə su saxlayır, qanı qatılaşdırır ki, nəticədə damarlara olan gərginlik artır. Xəstə damarlar üçün bu xüsusilə ziyanlıdır.

Varikoz zamanı bəzi məhsulların qəbulu damarlara müalicəvi təsir edir, damarların divarlarını möhkəmləndirir, elastikliyini artırır. Bu məhsullar arasında:

- Kələmin bütün növləri, pomidor, bolqar bibəri, kahı, qulançar, ağ və qırmızı soğan, sarımsaq. Hər gün qidalanmanıza tərəvəz salatları daxil edin. Bu salatlarda olan vitamin və minerallar damarları möhkəmləndirir, onları daha elastik edir. Həmçinin bu salatlar qəbizlikdən xilas edir. Qəbizlik varikoz xəstəliyinin gedişatını ağırlaşdırır.

- Sitrus meyvələri, itburnu, qara və qırmızı qarağat, çiyələk. Bu məhsullar C vitamini  və rutinlə zəngindir. Hər iki maddə damarları möhkəmləndirir və onların elastikliyini artırır.

- Qarabaşaq sıyığı. Qarabaşaq da rutinlə zəngindir.

- Bitki yağları, yumurta, cücərdilmiş buğda, qoz. Bu məhsullar E vitamini ilə zəngindir. E vitamini damarların elastikliyi üçün çox vacibdir.

- Yaşıl çay limonla. Bu içki varikoz zamanı çox faydalıdır.

- Şabalıd qədim zamanlardan xalq təbabətində damar xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə olunur. Varikoz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası üçün tez-tez şabalıd yeyin.

Şabalıdın qabıqları da varikoz zamanı çox faydalıdır. Şabalıd qaynatdığınız suyu atmayın. Bu suda tənzif isladın və ayaqlarınıza kompres kimi qoyun.

- Təbii alma sirkəsi varikozdan əziyyət çəkənlər üçün çox faydalıdır. Hər səhər acqarına 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə olunmuş 1 stəkan su için.

Həmçinin alma sirkəsini kompreslər üçün də istifadə etmək olar. Alma sirkəsində tənzif isladın və ayaqlarınıza qoyub 20 dəqiqə saxlayın.

- Zəncəfil və sarıkök. Bu ədviyyatlar da damarlar üçün çox faydalı sayılır. (saglamolun.az)



loading...
Oxşar xəbərlər