Gözəllik və Sağlamlıq Üçün 8 MƏHSUL
Aile.fenomen.az saytı maraqlı və faydalı sağlamlıq məlumatları paylaşmağa davam edir.
Əlbəttə ki, hər birimizin arzusudur ki, gözəllik, sağlamlıq və gəncliyimizi hər zaman qoruya bilək.Bunun üçün isə sadəcə bizim aşağıda sizin üçün məsləhət gördüyümüz 10 qidanı qəbul etmək lazımdır.
SÜD
Bu nömrə 1 məhsuldur, çünki körpəlikdən qəbul edilir.T ərkibində olan zülallar, amin turşuları və digər vitaminlər dərini, sümükləri, dırnaqları və saçları qidalandırır, tonusu qaldırır, həzm sistemini yaxşılaşdırır.
DOVŞAN VƏ TOYUQ ƏTİ
Dovşan və toyuq ətinin tərkibində olan amin turşuları, zülallar hesabına həzm sisteminin fəaliyyəti yaxşılaşır, A vitamini isə əzələləri və ürəyi möhkəmləndirir.
BALIQ ƏTİ
Öz qida rasionunuza balıq və balıq məhsulları əlavə etməklə siz koordinasiyanızı yaxşılaşdıra və əhval – ruhiyyənizi qaldıra bilərsiniz.Bu balığın tərkibində olan faydalı yağlar və turşuların hesabına baş verir.
YERKÖKÜ, ÇUĞUNDUR, KƏLƏM
Bu adı çəkilən tərəvəzlərin tərkibindəki beta – karotin orqanizmin tez yaşlanmasının qarşısını alır, görməni yaxşılaşdırır və dərini yenidən bərpa edir.
MANQO
Manqonun tərkibində olan A, B, C vitaminləri və amin turşularə karbohidratların yandırılmasına v ə stressi atmağa xidmət edir.
ALBALI
Bu meyvə tərkibindəki karotin, C vitamini olduğu üçün immunitetin yüksəldilməsində, antidepressant kimi, böyrək və ağciyər xəstəlikəri zamanı,qan azlığı zamanı çox faydalıdır.
BALQABAQ
Balqabaqda demək olar ki, Mendeleyevin bütün elementlər cədvəli var:duz və şəkər, kalsium və dəmir, maqneziyum və kalium,vitaminlər, zülallar və beta – karotin.Bunlar hamısı dırnaq və saçların uzanmasına, bədəndən toksin və zəhərli maddələrin xaric olunmasına, həzm sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına yardım edir.
ÇƏRƏZLƏR
Çərəzlər çox faydalıdır, çünki, zülallar, yağlar və vitaminlər mənbəyidir.Çərəz – stress əleyhinə, görmə problemləri əleyhinə və ürək – qan – damar sistemi xəstəlikıəri zamanı əvəzsiz dərmandır.