Yorğunluğunuz İtəcək!Gümrahlıq Verən 5 MƏHSUL

loading...

Yorğunluğunuz İtəcək!Gümrahlıq Verən 5 MƏHSUL

 
 
Aile.fenomen.az saytı sağlamlıq mövzusunda faydalı məlumatlar paylaşmağa davam edir.

Stress və yorğunluq - bunlar müasir insanın hər günkü həyat atributudur.Belə halların əhval - ruhiyyəyə təsirinin qarşısını bir sıra məhsul və ərzaqlarla almaq mümkündür.
Müasir insanın gündəlik həyat rejimi demək olar ki, saatlara ayrılıb.Bunlar - iş, məktəb, bağça, hazırlıq, idman və evdir.
Bunlardan başqa, hər zamanki yorğunluq get - gedə xroniki hal ala bilər və bu da həmişə pis əhval - ruhiyyəli və qıcıqlanan biri olmağınıza səbəb ola bilər.

Beləliklə, sizə enerji verəcək və praktiki olaraq, yorğunluğunuzu aradan qaldıracaq 10 məhsul və ərzaq siyahısını təqdim edirik :

1. Toyuğun sinə əti
Bu məhsul ən dəyərli heyvan mənşəli zülal mənbəyidir.Bu məhsulu qəbul edərkən yaxşı olar ki, suda yaxud buxarda bişirilmiş formasına üstünlük verəsiniz.Toyuğun sinə əti özündə güc və enerji verən, yorğunluğu aradan götürən ferment və birləşmələri cəmləyir.

2. Qarağat
Qarağat 21 - ci əsr giləmeyvələrinə aid olunur.Bu məhsul öz təsirli və çox faydalı tərkibinə görə dərman preparatlarının tərkibinə də əlavə olunur.Buna görə də gündəlik qida rasionunuza qrağat əlavə etməklə siz immun sisteminizi möhkəmləndirə, orqanziminizi lazımi ferment və maddələrlə zənginləşdirə bilərsiniz.

3. Yulaf yarması (qerkules)
Yulaf yarması ingilislərin ən sevimli səhər yeməyidir.Yarmanın tərkibi olduqca zəngindir.Onun tərkibində, B 12, zülal, maqneziyum, fosfor və s. faydalı maddələr var.Bu qidalandırıcı maddələr orqanizmi enerji ilə təmin etməyə yardım edir.

4. İspanaq ( şomu)
İspanağı bir neçə səbəbə görə mütləq şəkildə qida rasionunuza əlavə etməlisiniz.Əvvəla, bu məhsul faydalı vitamin və minerallar mənbəyidir.İkincisi isə, ispanaq immun sistemini gücləndirir, həzm sistemini yaxşılaşdırır.Üçüncüsü isə, bu gözəl göyərti orqanizmi hər zaman tonusda saxlamağa və yorğunluğu aradan qaldırmağa yardım edir.

5. Nar
Narın ən məşhur özəlliyi - ürək - əzələ sistemini möhkəmləndirməsi və fəaliyyətini yaxşılaşdırmasıdır.Nar həmçinin, C, A, V,E, R, kalsium, maneziyum, kobalt kimi faydalı maddə və birləşmələrin təbii mənbəyidir.


loading...
Oxşar xəbərlər