Kişilər Üçün Düzgün Qidalanma Rejimi
loading...
Aile.fenomen.az saytı maraqlı və faydalı sağlamlıq məlumatları paylaşmağa davam edir.
Müasir dövrdə güclü cinsin nümayəndələri uzun illər ərzində sağlamlıq və güclərini qorumaq üçün düzgün qidalanmalıdırlar.Kişilərin qidalanmalarının optimal rejimi çəkinin normada qalması, saçların və dişlərin möhkəm olması və ümumi vəziyyətin normal olmasına əsaslanmalıdır.
Arıq bəylər üçün qidalanma
İlk əvvəl bu tip bəüylər alim və mütəxəssilər tərəfindən işlənib hazırlanmış çəki və boy norması cədvəli ilə tanış olmalıdırlar.Sonra isə bu cədvəllə öz göstəricilərini müqayisə etməlidirlər.
Çəkini artırmaq yolunda məsləhətlər çoxdur.Bunlardan ən məşhuru isə gün ərzində 5 - 6 dəfə əsasən tərkibi zülalla bol olan qidalarla qidalanmaqdır.
Ən məşhur və zülallı ərzaqlar isə aşağıdakılardır :
- kəsmik və digər süd və süd məhsulları
- yumurta
- toyuq və mal əti
Kök bəylər üçün qidalanma
Belə tip bəylər çəki atmaq istəyirlərsə, yedikləri yeməyi azaltmalıdırlar.Son yedikləri qida əvvəl yedikləri qidadnın üzərindən 18 saat keçməlidir.Bundan başqa, belə şəxslərin qida rasionuna mütləq şəkildə təzə meyvələr, tərəvəzlər, yağsız süd məhsulları və sıyıqlar əlavə olunmalıdır.Piylənmədən əziyyət çəkən kişilərə fiziki iş, gəzinti və idmanla məşğul olmaq mütləqdir.
Bunlardan başqa, belə insanlar gündəlik həyatlarında stress, depressiyadan uzaq durmalıdırlar və gün ərzində 8 saatdan artıq yatmamalıdırlar.Bütün bunlar prostatit kimi xəstəliklərin sizdən uzaq durmasına şərait yaradacaq.Və ən nəhayət mütləqc şəkildə orqanizminizi vitamin və mikroelement birləşmələri ilə zənginləşdirməlisiniz.
loading...