Kişilər MÜTLƏQ OXUSUN!Kişi Gücü - TESTOTERON
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Kişilərə xas olan bu cinsi hormon kişi yumurtalarında ayrılır və demək olar ki, güclü cinsin nümayəndələrinin bütün əsas orqanizm üçün vacib olan fuksiyalarının yerinə yetirilməsi üçü cavab verir.Məhz testosteronun varlığı kişini kişi edir.
Testosteronun mövcudluğu ilk növbədə kişilərin xarici görünüşündə - əzələlərində, bədən və simanın böyüməsində, səsin tembrində özünü büruzə verir.Bundan başqa, bu androgen kişilərin cinsi yetişkənliyinə, qarşı cinsə qarşı olan seksual tələbatına və kişilərin bir neçə xarakterik xüsusiyyətlərinə də öz təsirini göstərir.Məsələn, bir kişinin mübarizə ruhu, məqsədyönlü olması, özünə olan güvən hissi və kişiliyi onun qanında olan testosteronun miqdarından asılıdır.Bu hormonun miqdarının az olması isə əzginlik, depressiya, gücsüzlük, məqsədsizlik kimi mənfi hallara gətirib çıxarır.Bundan da belə nəticəyə gəlmək olar ki, biznes, siyasət və s kimi yerlərdə aparıcı və uğurlu olan şəxslər bu nailiyyətləri üçün öz qanlarında olan bu hormona minnətdar olmalıdırlar.
Onu da qeyd etmək lazımdır ki, 20 yaşdan etibarən, il ildən orqanizmdə olan testosteronun miqdarı get - gedə azalmağa başlayır.Buna görə də bəzi avropa ölkələrində 45 yaşından yuxarı yaşlı kişilər yaxşı əhval - ruhiyyə və sağlamlıq üçün 3 aydan bir testosteron iynəsi vurdururlar.
loading...