Çayla Qəbul Etdiyiniz Şəkəri Nə İlə Əvəz Edə Bilərsiniz ?

loading...

Çayla Qəbul Etdiyiniz Şəkəri Nə İlə Əvəz Edə Bilərsiniz ?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

İndi paylaşacağımız məlumat bir çoxlarınızın diqqətini çəkəcək.Məlumatımız hər kəsin çayın yanında qəbul etdiyi və sevdiyi məmulat olan şəkər haqqındadır.

Görəsən şəkəri birmənalı şəkildə qida rasionumuzdan çıxarmağımız doğrudurmu ?Bu suala belə cavab vermək lazımdır ki, bəli, bu mütləqdir.Xüsusilə də söhbət çay, qəhvəyə və başqa içəcəklərə çox zaman bol miqdarda əlavə etdiyimiz şəkər tozundan gedir.

Bunu qeyd etməliyik ki, bir qayda olaraq çox miqdarda şəkər və şəkər tozundan istifadə mütləq formada artıq çəki və bir çox başqa xoşagəlməz və ciddi xəstəliklərə yol açır.Axı şəkər , tərkibində yüksək miqdarda karbohidratlar olan kalorili məhsuldur.

Bütün bu ziyanlı tərəfləri sadalandıqdan sonra isə yəqin ki, bir çoxlarınızın beynində bu sual yarandı - " bəs əgər biz şəkərə öyrənmişiksə və onu qida rasionumuzdan necə çıxara yaxud nə ilə əvəz edə bilərik ? "

Bu yolda sizə iki alternativ çıxış yolu məsləhət edə bilərik :

1. Çərəzlər - çayın yanında yeyilə biləcək ən faydalı məmulat çərəzlərdir.Çərəz dedikdə, bu, müxtəlif meyvə və giləmeyvələrin quruduluşu ( qaysı, kişmiş, alma, incir, gavalı və s. ) və müxtəlif, fındıq, qoz, badam, iydə, fısdıq və s bu kimi məhsullar nəzərdə tutulur.Belə məhsullar nəinki çayın yanında şəkəri əvəz edə bilər, həmçinin, onların tərkibində olan bol miqdarda vitamin və mineral ehtiyatı orqaizminizin fəaliyyətinin normallaşması və gün boyu enerjili və gümrah qalmanız üçün əla zəmin yaradacaq.

2. Müxtəlif turşa - şirin konfetlər ( barbarislər )
Belə konfetlər adətən ağızda gec əriyən, çox da şirin olmayan və şəkərlə müqayisədə daha az kalorili olurlar.Məhz bu xüsusiyyətləri hesabına çayın yanında məsləhət görülən ikinci məhsul belə konfetlərdir.


loading...
Oxşar xəbərlər