Sentyabr Ayının 5 ƏN Faydalı Meyvəsi
Aile.fenomen.az saytı məlumat verir ki,
Bu məhsulları payız ayının super qidaları adlandırmaq olar.
Sentyabr il aylarının " ən dadlı " ayı adlandırmaq olar.Çünki, tarla və bostanlardan məhsullar yığılır və demək olar ki, hər ev bolluq içərisində olur.Məhz bu aylar ərzində orqanizmimizi vitamin və minerallarla zənginləşdirmək vaxtıdır.
Sentyabr ayının ən faydalı məhsulların adlarını sizinlə də bölüşürük :
1. QOZ
Qoz A, B, C, E və P vitaminləri, həmçinin dəmir, yod, kalium, kalsium, natrium, maqneziyum, fosfor və s. kimi minerallarla zəngindir.Ürək - əzələ və sinir sisteminə çox gözəl təsir edir.Qoz həmçinin təbii antioksidant hesab olunur - həm daxili, həm də xarici gənclik vəd olunur.
2. ÜZÜM
Üzüm təbii turşular, fruktoza, kalium, askorbin turşusu və s. ilə orqanizmin qan dövranını təmin edir.Bundan başqa, üzümün tərkibində həzm sistemi üçün vacib olan sellülozalar da vardır.Üzümün həmçinin tonuslaşdırıcı təsiri də vardır.
3. ALMA
Alma qarşıdan gələn ilin soyuq fəsilləri üçün vacib olan immun sistemini möhkəmləndirir.Xüsusilə də indi, yetişdiyi dövrdə onlar bol miqdarda vitamin və ehtiyatlarla zəngin olurlar.Tərkibinin çox hissəsi sudan ibarət olduğu üçün almadan əsasən pəhriz qidası kimi də istifadə etmək olar.
4. BALQABAQ
Balqabaq bütün orqanizmi təmin edən və canlandıran vitamin və mineralların əksəriyyətini təşkil edir.Balqabağın köməyilə arıqlamaq, orqanizmi toksinlərdən təmizləmək, görməni yaxşılaşdırmaq və maddələr mübadiləsinin fəaliyyətini normallaşdırmaq olar.Payızda insanların əksəriyyəti depressiya və yuxululuqdan əziyyət çəkir.Məhz balqabağın tərkibində bu problemlərin həlli üçün lazım olan maddələr vardır.
5. BAL
Öz faydalı tərkibinə görə balı adı çəkilənlərdən ən faydalısı hesab etmək olar.Balın tərkibində olan faydalı elementlər orqanizmin cavanlığını, virus və bakteriyaların yaranmasının qarşısını alır, arıqlamağa yardım edir.