loading...
loading...

Yorğunluğunuzu Aradan Qaldıracaq Məhsulları Siz Də Tanıyın !

loading...

Yorğunluğunuzu Aradan Qaldıracaq Məhsulları Siz Də Tanıyın !

 Aile.fenomen.az saytı məlumat verir ki,

 
 
1. YULAF YARMASI ( QERKULES )
Yulaf yarması enerjinin miqdarına təsir edən qidaladırıcı maddələrlə - maqneziyumla, zülalla, fosforla və vitamin B1 - lə zəngindir.Məhz bu maddələrin hesabına siz özünüzü gün boyu rahat və gümrah hiss edə bilərsiniz.Səhərlər onu rasionunza əlavə etsəniz heç peşman olmazsınız.

2. YOQURT
Çoxları tərəfindən sevilən və məşhur olan yoqurt olduqca faydalıdır.Yüngül qida olduğu üçün həzm prosesi də çox rahat gedir.Aparılan tədqiqatlar göstərib ki, yoqurtun tərkibində olan xüsusi maddələr xroniki yorğunluq problemi ilə mübarizədə çox faydalıdır.

3. İSPANAQ
İspanağın tərkibində xüsusi vacib element - dəmir var ki, o da hemoqlobinin və oksigenin dövretməsi üçün çox önəmlidir.Həmçinin dəmir enerji ayrılmasında iştirak edir.

4. ÇƏRƏZLƏR VƏ TUMLAR
Bu məhsullar əla maqneziyum məbəyidir.Əhvalın yüksəlməsi və toxluq hissinin yaranması üçün əlverişlidir.

5. PAXLA
Paxla tərkibində olan xüsusi elementlərin hesabına həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanizmdən ziyanlı toksinlərin xaric olmasına yardım edir.Məsləhətdir ki, paxlanı müxtəlif növdə hazırladığınız salatlara və yeməklərə qarnir şəklində əlavə edəsiniz.

6. TƏZƏ BALIQ
Balığın tərkibində olan B12 vitamini qanda oksigenin dövretməsi üçün yardım edən qan hüceyrələrinin dövretməsi üçn çox faydalıdr.Bu element qanda az olduğu zaman orqanizmdə anemiya adlı xəstəlik yaranır.

7. NAR
Tərkibində A, B, C, E, P vitaminləri, kalsium, maqneziyum, kalium, kobalt kimi faydalı birləşmələr var.Gün ərzində 1 stəkan nar şirəsi yaxud yarım ədəd nar yeməniz kifayətdir.

8. QARAGİLƏ
Qaragilə beyin qan dövranını yaxşılaşdırır.Məslətdir ki, təzə şəkildə yeyəsiniz.Lakin, yoxdursa, dondurulmuş forması belə çox faydalıdır.


 

loading...
Oxşar xəbərlər