Xərçəng Hüceyrələrini Məhv Edən GİLƏMEYVƏ
Aile.fenomen.az saytı məlumat verir ki,
Nə üçün hər gün moruq yeməli olmağımızın səbəbi bəlli olub.
Moruq orqanizmdə xərçəng xəstəliyinə qarşı dayanaqlılığı artırır.
Heyvanlar üzərində eksperimentlər keçirərək alimlər belə qərara gəliblər ki, moruğun tərkibində xüsusi maddələr mövcuddur ki, bu da xərçəng xəstəliyini qovucu təsirinə malikdir.
Alimlər sübut ediblər ki, moruğun tərkibində olan xüsusi ekstrakt bağırsaq şişində olan bədxassəli hüceyrələri məhv etmə qabiliyyətinə malikdir.
Elmi aləmə artıq məlumdur ki, moruq - güclü antioksidantdır.Ancaq mütəxəssislər belə hesab edirlər ki, moruq güclü antioksidant təsirə malik olmaqdan əlavə, həm də başqa spesifik təsiri də mövcuddur.Onların sözlərinə görə, bu meyvə eksperimentlərdə şişə öz təsirini göstərə bilib.
Tibb işçiləri hələ ki, xərçəngi məhv edən bu maddənin nə olduğunu müəyyən edə bilməyiblər.Belə bir hal da mümkündür ki, moruğun hər hansısa bir komponentlə birləşməsi də xərçəng xəstəliyini qovucu təsirini yarada bilər.Onların sözlərinə görə, "heç bir məşhur antioksidant 90 % bədxassəli hüceyrələri məhv edə bilməz ".