ALMA YEYİN! O, Bu Xəstəliklərin Qarşısını ALIR..
Aile.fenomen.az saytı məlumat verir ki,
Tibbi işçilər almanın əsas faydalarının nə olduğunu izah ediblər.
Məlumdur ki, alma vitamin və minerallarla zəngin olan əlçatan və əlverişli meyvə olmaqla yanaşı həm də, sağlamlıq üçün olduqca faydalıdır.Əslində almanı qabıqlı şəkildə yeyildiyi halda onu çox faydalı hesab etmək olar, çünki, almadan almaq istədiyimiz bütün faydalı birləşmələr onun qabığındadır.
Alimlər bu meyvənin kişilərin, qadınların, uşaqların, qocaların orqanizminə necə təsir etdiyiniz və hansı hissəsinə xeyirli olacağını aşkar etmək üçün dəfələrlə bu istiqamətdə təcrübələr aparıblar.
Gəlin, almanın əsl faydasının nədə olduğunu və onu nə üçün superərzaq adlandırmalarının səbəbini öyrənməyə çalışaq.
Alma orqanizmin normal fəaliyyətini təmin edən nutrientlərlə zəngindir.Nitrientlər isə öz növbəsində makro, mikroelementlərə və amin turşularına ayrılır ki, bu da bu da maddələr mübadiləsini yaxşılaşdırır və həzmin ümumi fəaliyyətinə öz müsbət təsirini göatərir.Bunlardan da başqa, adıgedən bu maddələr orqanizmi qocalmaqdan qoruyur və onun hər daim gənc qalmasına kömək edir.
Qida rasionuna almanı əlavə etsəniz hansı xəstəliklərin qarşısını ala bilərsiniz ?
- sinə, prostat, bağırsaq və ağciyər xərçəngi ;
- infarkt, insult və s. kimi digər ürək - damar xəstəlikləri ;
- bronxit, astma, sətəlcəm və başqa tənəffüs yolları xəstəlikləri.
Bütün bu sadalanan müsbət keyfiyyətlərini nəzərə alaraq alimlər məsləhət görürlər ki,heç olmazsa ən azı gün ərzində bir dənə alma yeyəsiniz.Almanı alarkən hər dəfə fərqli rəngli alma almağa üstünlük verin, çünki qabığının rəngi kimi faydaları da müxtəlifdir.