Əsəblərinizə Kömək Edəcək MƏHSULLAR BUNLARDIR

loading...

Əsəblərinizə Kömək Edəcək MƏHSULLAR BUNLARDIR

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Yaponiyalı mütəxəssislərin apardıqları tədqiqatlardan sonra məlum olub ki, depressiv vəziyyətlərdən qoruyan və əsəb sistemini möhkəmləndirən bir neçə məhsul mövcuddur.Tədqiqatın sonunda alınan nəticələr isə elmi periodik mərkəzdə çap edilmişdir.

Beynəlxalq Sağlamlıq Təşkilatının rəyinə əsasən, 300 milyondan artıq insan depressiyadan əziyyət çəkirlər.Depressiyanın əsas xarakterik xüsusiyyətləri isə bunlardır -darıxma hissi, əzginlik, vicdan əzabı, boş şeylərə qıcıqlanma və s.

1000 nəfər könüllü ilə aparılan eksperiment zamanı müəyyən edilib ki, tez - tez kefir, yoqurt, yağsız süd və s. bu kimi məhsullardan istifadə edən şəxslər belə hallara daha az yoluxurlar.Bundan başqa, onların sinir sistemi də daha aydın və stressli vəziyyətlərə qarşı daha dayanıqlı olur.

Alimlər süd məhsullarını yalnız sinir sistemi üçün deyil, həm də immun sisteminin möhkəmlənməsi üçün məsləhət görürlər.

 

loading...
Oxşar xəbərlər