Öd Daşı Xəstəliyinin ƏLAMƏTLƏRİ

loading...

Öd Daşı Xəstəliklərinin ƏLAMƏTLƏRİ

Aile.fenomen.az saytı məlumat verir ki,


Öd daşı xəstəliyi çox asta və öd kisəsi və yollarıda daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
Bu xəstəliyin yaranma səbəblərinə maddələr mübadiləsinin pozulması, öd kisəsində iltihabi proseslərin getməsi və s. səbəb ola bilər.Xəstəliyin inkişafına isə hərəkətsiz və passiv həyat tərzi və irsi faktorlar təsir edir.


Xəstəliyin əsas əlaməti - spirtli içki yaxud da yağlı, qızardılmış, duzlu, hisə verilmiş yeməklərdən sonra ağızda acı dadın hiss olumasıdır.Bu zaman müalicəyə başlanılmazsa, sonrakı vaxtlarda tutmalı və daha ağır ağrılar hiss olunmağa başlayır.


Adətən insanların əksəriyyəti öd daşı xəstəliyinin əlamətlərini hiss edə bilirlər, lakin eyni zamanda bir sıra insanlar da vardır ki, heç bir şey hiss etmədən uzun illər bununla yaşaya bilirlər.Bəzən öd daşı xəstəliyini həzm sistemində olan problemlərlə dəyişik salırlar.
Öd kisəsində daşların yaranmasının əsas səbəbi - qanda xolesterinin miqdarının yüksək olması və öd fermentlərindən olan bilirubinin artıq sayda olmasıdır.


Öd kisəsində daşların olmasının əlamətləri :


Kürəyə və sağ çiyinə ötürülə biləcək sağ qabırğaaltında güclü ağrının olması ;


Qarın boşluğunda güclü ağrıların olması ;


Tez - tez baş verən qusma halları ;


Qazyaranma hallarının çoxalması ;


Mədə qıcqırması ;


Nəfəsalma zamanı ağrı ;


Yüksək temperatur ;


Tərləmə hallarının artması.

 

loading...
Oxşar xəbərlər