Yanıq Üçün Məlhəmi ASAN YOLLA Özünüz Hazırlayın!
Aile.fenomen.az saytı məlumat verir ki,
Çətin elə insan tapılar ki, heç olmazsa ömründə bir dəfə də olsun yanıqlarla üzləşməsin.Baş vermə səbəbi isə müxtəlif cür ola bilər.Yüksək temperatur, günəş şüaları yaxud da bəzi kimyəvi maddələr ( ağır metal duzları, turşular və s. ).Belə təsirlərin nəticəsində də orqanizmin toxumaları zədələnir.Ağırlıq səviyyəsinə görə yanıqlar müxtəlif cür olur :
1 - ci səviyyə - dərinin qızarması
2 - ci səviyyə - köpüklərin yaraması
3 - cü səviyyə - dəri qatının ölməsi
4 - cü səviyyə - toxumaların yanması
İlk 2 səviyyəli yanıqları ev şəraitində müalicə etmək mümkündür.Lakin, 3 və 4 - cü səviyyəli yanıqlar zamanı həkim müdaxiləsi mütləqdir.
Ev şəraitində hazırlaya biləcəyiniz bir neçə məlhəm reseptini nəzərinizə çatdırırıq.
Resept 1
1 ədəd soğan
1 xörək qaşığı kətan yağı
Soğanı bişirin, xırdalayın və kətan yağı ilə qarışıdırın.Məlhəmi marlaya bükün və kompres şəklində zədələnən nahiyəyə 12 saat müddətinə qoyun.Daha sonra eyni qayda ilə kompresi yeniləyin və bir daha 12 saatlıq yenə də həmin nahiyəyə qoyun.
Resept 2
1 ədəd böyük soğan
200 qr günəbaxan yağı
15 qr əridilmiş mum
2 xörək qaşığı un
Soğanı xırdalayın və günəbaxan yağında qızardın.Sonra isə marladan süzün.Günəbaxan yağına əridilmiş mumu və unu əlavə edib yaxşı qarışıdrın.Qarışımı zədələnmiş nahiyəyə qoyun.Hər 20 dəqiqədən bir kompresi 3 - 5 dəfə dəyişmək lazımdır.Növbəti günlərdə isə artıq prosesi 2 - 3 saatdan bir təkrarlamaq lazımdır.