loading...
loading...

Süd Ürək Üçün Ziyanlıdır !?

loading...

Süd Ürək Üçün Ziyanlıdır !?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

İsveçli ekspertlər bildirirlər ki, tez - tez və çox süd içmək sağlamlıq üçün mənfi göstərir və hətta erkən ölümə də səbəb ola bilər.Səbəb isə ürək damar sisteminin fəaliyyət pozulmalarına yol açan kalsium maddəsinin həll olunmamasıdır.

Alimlər bir sıra tədqiqatlar apararaq belə bir qənaətə gəliblər ki, gün ərzində 1,4 min mq - dan artıq kalsium qəbul edən şəxslər ürək damar problemləri səbəbindən daha erkən ölüm təhlükələri vardır.Maraqlısı isə odur ki, eyni təhlükə gün ərzində 600 mq - dən də az bu maddəni qəbul etməyənləri də gözləyir.

 Məsələ isə bundadır ki, artıq miqdarda orqanizmə düşən kalsium həll ola bilmədiyi üçün digər orqanlarda yığıntı halında toplanır ki, bu da onların fəaliyyətinin pozulmasına gətirib çıxarır.İlk ziyan çəkən hissə isə damarlar olur.Təzyiq yüksəldiyi üçün qan dövranı çətinləşir və bunun da nəticələri həmişə ağır olur.Bu həm də böyrək daşları xəstəliyinin inkişafı riskini də yüksəldir.

Ümumiyyətlə, südün gündəlik norması 2 stəkanı keçməməlidir.Lakin ondan birdəfəlik də imtina etmək olmaz.Axı, kalsium orqanizm üçün mühüm olan ən vacib mikroelementlərdəndir.Xatırladaq ki, inək südünün tərkibində 100 - 140 % mq kalsium vardır.

Son zamanlarda isə ABŞ mütəxəssisləri belə qənaətə gəliblər ki, süd kokteyli ən ziyanlı içkidir.Belə məlum olub ki, insan beyni bu içkiyə narkotik kimi reaksiya verir.Bu desertin təhlükəsi isə ondadır ki, tərkibində öldürücü miqdarda şəkər və onunla qarışdırılmış yağlı süd var.


loading...
Oxşar xəbərlər