loading...
loading...

Maddələr Mübadiləsini Gücləndirən Ən Vacib Vitamin Hansıdır ?

loading...

Maddələr Mübadiləsini Gücləndirən Ən Vacib Vitamin Hansıdır ?

 
 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Kalsium nə üçün vacibdir ? - Əlbəttə ki, sümüklər üçün
Omeqa - 3 ya turşuları ? - Sağlam ürək üçün
Bəs xolin ? - Xolin nədir ?


Təəssüf ki,bu həyati vacib maddə haqqında məlumatı olanlar azdır.Orqanizmimiz bu maddəni az miqdarda yarada bilsə də, bu maddənin əsas mənbəyini qidada axtarmaq lazımdır.


Suala cavab verməyə çalışaq, xolin nə üçün lazımdır ?
Əvvəla, o yağların mübadiləsində güclü rol oynayır.Xolinsiz gedən reaksiyalar orqanizmdə olan yağ və xolesterini qan dövranı ilə yaymaq əvəzinə, qaraciyərə yığıb saxlayır.Onu da qeyd etmək lazımdır ki,qaraciyərə yığılan piy və xolesterin onun fəaliyyətində pozğunluq yaradır ki, bu zaman da maddələr mübadiləsi pozulur.


Orqanizm üçün xolinin rolu bununla kifayətlənmir.O, ürək xəstəlikləri ilə əlaqəli olan marker iltihabları ilə mübarizə zamanı da iştirak edir.Bundan başqa, xolin ürəyin sağlamlığı, koqnitiv funksiyaların ( motorikanın yaddasaxlanılması və sürəti də daxil olmaqla ) fəaliyyəti üçün də faydalıdır.Son aparılan tədqiqatlar göstərir ki, qida rasionunda kifayət qədər xolin maddəsini qəbul etmək sinə xərçəngi riskini aşağı salır.


Xolin maddəsini nələrdən götürmək olar ?
Yumurta sarısı, mal əti,balıq əti, toyuq əti, brokkoli, brüssel kələmi, yerfıdığı yağında bol şəkildə xolin vardır.

 
 

loading...
Oxşar xəbərlər