İştahanı Azaltmağın YOLLARI
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
İndi paylaşacağımız məlumatda çalışacağıq ki, sizə bilavasitə iştahanızla bağlı olan məhsulları qidalanma rasionunuza necə əlavə etməli olduğunuzu göstərəcəyik.
İştaha bəzən bizə elə gəlir ki, odur ki, bizim orqanizmimizdə bir sıra maddə və birləşmələr çatmır və bunun nəticəsində yüksək aclıq və istah hissi oyanır.
İştahanı necə azaltmaq olar
Yuxarıda da qeyd etdiyimiz kimi yüksək iştah bədəndə olan maddələrin çatışmazlığı səbəbilə də yarana bilər.Gəlin, bunları ayrı - ayrılıqda araşdırmağa çalışaq :
Vitamin B1 ( tiamin ) və xrom iştahanı azaldır
Orqanizmdə olan vitamin B1 ( tiamin ) və xromun çatışmazlığı nəticəsində insanlarda daimi aclıq hissi və güclü iştah hissi olur.
Orqanizmdə olan B1 vitamininin çatışmalığı sayəsində ilk əvvəl onda olan karbohidrat prosesləri pozulur.Bir tərəfdən bu yaxşıdır, çünki, belə olan təqdirdə qidada olan kalori daha az orqanizmə daxil olacaq.Lakin pis tərəfi isə ondan ibarətdir ki, qanda qlükozanın çatışmalığı aclıq hissinin yaranmasına zəmin yaradır.
Xrom maddəsi isə öz növbəsində, bədən hüceyrələrində qlükozanın düzgün və bütöv şəkildə birləşməsini təmin edir.Onun işinin pozulması nəticəsində isə hormonal sistemin, ilk olaraq da insulinin fəaliyyəti pozulur.
Belə nəticəyə gəlmək olar ki, qidalandığımız zaman rasionumuzda B1 və xromun çatışmalığı nəticəsində karbohidrat prosesləri ciddi şəkildə pozulur, bunun nəticəsində də iştah yüksəlir.Adı çəkilən bu elementlərin çatışmazlığını aradan qaldırmaq üçün aşağıda adları sadalanan məhsulları qəbul etmək lazımdır :
Maya, müxtəlif tumlar, dən və dənli məmulatlar, çərəzlər, balıq, krevetlər, çuğundur.
B12 və C vitaminləri stress səbəbi ilə yaranan aclıq hissini öldürür.
Bir çox insanların keçirdiyi stress hissi sinir sisteminin fəaliyyətinə güclü təsir edir.Depressiya və stress vəziyyətləri bütün orqanizm sistemlərinə mənfi təsir göstərir.Və hər kəs şüurlu və şüursuz şəkildə belə vəziyyətdən çıxmağa can atır.
B12 vitamini ən çox ət, balıq və yumurtada vardır.
C vitamini isə qırmızı bolqar bibərində, kividə, göyərtidə və sitrus meyvələrində mövcuddur.Bunlarla yanaşı həmçinin polivitaminlər kompleksi də qəbul etmək olar.
Kalsium və vitamin D də yüksək iştahanı aradan qaldırılması üçün çox təsirlidir.
İştahanın azalması artıq kiloqramlardan qurtulmaq demək deyil.Bu yolda vitamin D və kalsium yardım edə bilər.Sözügedən bu vitamini xüsusilə süd məhsullarından, çərəzlərdən, sarımsaqdan və paxlalı, dənli bitkilərdən almaq mümkündür.Pendiri də bu məhsullara əlavə etmək mütləqdir.
loading...