Bəlkə Mən Hamiləyəm?Menustrasiya dövrünə kimi hamilə olub – olmamanın yoxlanılması

loading...

Bəlkə Mən Hamiləyəm?

 

 

 

 

Aile.feomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


"Mənimlə nə isə baş verir.Özümü qəribə hiss edirəm.Bəlkə bu baş verib..Mən hamiləyəm?Ya sadəcə xəstələnmişəm?” – bəlkə də məhz elə bu suallar indi sizin beyninizdə fırlanır.İndi paylaşacağımız məlumatda sizə menustrasiya dövrünün gecikməsini gözləmədən hamiləliyi təyin edilməsini öyrədəcəyik.


Hamiləliyi göstərən əlamətlər hər qadın üçün fərqli olur.Əlamətlər bir – birinə bənzədiyi üşçün çox zaman qadınlar soyuqdəymə, zəiflik kimi bu cür narahatlıqları hamiləliklə səhv sala bilirlər.Gəlin, aydınlıq gətirməyə çalışaq.


1. Sinədə ağrı və onun həssaslığının yüksəlməsi

Menustrasiya dövründən əvvəl çox qadınlar sinədə ağrı, uc hissələrinin yüksək həssaslığı və döşlərin ağırlaşmasını hiss edirlər.Bu normaldır.Əgər əvvəl zamanlarda qadın bu hissi keçirməyibsə, bu da hamiləliyin əlamətlərindən biri sayıla bilər.Bu hamilənin orqanizmində prolaktin adlı hormonun ifrazı ilə bağlıdır.Həmçinin döşlərdən ağ yaxud da sarı axıntılar gələ bilər.Bu molozivodur.


2. Qarının aşağı hissəsində ağrı

Yüngül, sanki aşağı çəkirmiş kimi olan ağrı menustrasiya dövrünün yaxınlaşdığını bildirir.Əgər bu ağrını özünüzdə hiss etmirsinizsə deməli ola bilər ki, sizin uşaqlıq yolunuzda artıq kiçicik insan böyüyür.


3. Temperatur yüksəkliyi

Bir çox hamilələr bu dövrdə orqnizmlərində yüksək hərarət hissi hiss edirdlər.Normal halda öskürək və burun axıntısı olmur, lakin yüksək temperatur hiss edilir.Bu vəziyyətdə tez qaçıb dərman içməyə tələsməyin, çünki bu proqesteron hormonun fəaliyyəti ilə əlaqəli, yəni döl yumurtalığını saxlamaqla bağlı hal ola bilər.Bir neçə gün gözləyin, lazımi prosedurları yerinə yetirin, daha sonra isə həkimə müraciət edin.


4. Mütəmadi şəkilli baş ağrıları

Hamilənin orqanizmində hormonların artması qadında baş və alı nahiyəsində ağrı və hətta miqrenə səbəb ola bilər.Bu da hamiləliyin əlamətlərindən biri sayılr.

 

 


loading...
Oxşar xəbərlər