Doğuş Zamanı Düzgün Tənəffüs Necə Olmalıdır ?
Hamiləliyi boyunca hər ana sağlam və möhkəm körpə dünyaya gətirmək barəsində düşüncələrdə olur.Artıq üçüncü ayından sonra amnalar dərk edir ki, doğuş prosesinin özü ən vacib və mühüm prosesdir.Bu haqqda əvvəlcədən nə qədər oxusanız da proses zamanı stress və həyəcan qaçılmazdır.Lakin bu məlumatımızda biz də bu önəmli anın ən mühüm və vacib nöqtələrini sizinlə paylaşmaqla kömək etməyə çalışacağıq.
Doğuş zamanı doğru nəfəsalma – bu nə üçün bu qədər önəmlidir ?
Müasir həkimlər əbəs yerə bu prosesə geniş yer ayırmırlar.Belə düşünə bilərik ki, axı doğum zamanı oksigeni hansı formada alıb – verməyimizin nə fərqi ola bilər ?!
Əslində isə düzgün tənəffüs sizin qarşınızda bir sıra qapıları aça bilər :
Doğuş fəaliyyətini yüngülləşdirir və onun müddətinin daha qısa olmasına zəmin yaradır.
Dölün oksigenlə yaxşı və düzgün təmin olmasına şərait yaradır, hipoksiyanın yaranmasını əngəlləyir.
Doğuş zamanı istifadə olunan tənəffüs texnikaları
Hamilənin tənəffüsü onun hamiləliyinin necə fəaliyyətdə olması ilə bağlıdır.Hər növün də özünəməxsus "xilasedici” texnikaları mövcuddur.
Gizli faza
Gizli faza zamanı qadın yüngül narahatlıq hissi və ağrı hiss edir.Bu zaman söhbət heç bir gizli texnikadan getmir.Belə olduqda adi rejimdə nəfəs alın, güc və qüvvənizi toplayın və qoruyun, xəstəxanaya yola düşmək üçün hazırlaşın.
Aktiv faza
Bu zaman ağrı və sancı hissi kifayət qədər olur, aşağıdakı maddələri oxuyun :
Sayla tənəffüs – 1 – 2 – 3 – 4- burnunuzla nəfəsi alın, 1 – 2 – 3 – 4 – 5 – 6 – ağzınızdan dodağınızla nəfəsinizi verin.Belə tənəffüs ananın ağrısının azalmasına,körpənin oksigenlə təmin olmasına yardım edir.
Ağrının səslə ifadə olunması – sancı zamanı o, u, a saitlərini yüngül səslə səsləndirin, belə tənəffüs əzələlərin, çanağın və uşaqlıq yolunun gərginliyinin aradan qaldırılmasına kömək edir.