Hamiləlik Zamanı Çanaq Parametr və Normalar
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı haqqında maraqlı məlumatlar paylaşmağa davam edir.
Kiçik çanaq – həm gələcəkdə ana olmağa hazırlaşan qadının, həm də onun həkiminin ən vacib problemlərindən biridir.Çünki, əgər çanağın ölçüsü dünyaya gələcək körpənin ölçülərindən kiçikdirsə, bu zaman təbii doğuş baş verməyə də bilər.
Çanağın ölçüsü : norma və pozulmalar
Xarici görkəmdən baxıb çanağın ölçüsünü, doğum üçün əlverişli olub – olmadığını ayırd edə bilmək çətindir.Bu sualla ana öz ginekoloq və həkiminə müraciət etməlidir.Yox əgər sizin özünüz üçün bu maraqlıdır və bunu özünüz bilmək istəyirsinizsə, ev şəraitində bunu etmək qeyri – mümkündür.Sizə xəstəxanada mütəxəssis yardımı şərtdir.
Bədənimiz böyük və kiçik çanaqdan ibarətdir.Hamiləlik zamanı çanağın ölçüsünü aşağıdakıların köməyilə bilə bilərik :
Parametrləri santmetr lenti yaxud da xüsusi cihaz tazometrlə ölçmək olar.
Rentgen yaxud da USM etmək yolu ilə.
Qadın çanağının lazımi ölçüdə olmamasının bir sıra səbəbləri ola bilər :
Uşaqlıq zamanı alınmış hər hansı bir ciddi travma çanağın deformasiyasına səbəb ola bilər ;
Qadının doğum zamanı aldığı anomaliyaları ;
İnfeksion xarakterli sümük xəstəlikləri ;
Ortopedik xəstəliklər səbəbilə.