Qeysəriyyə Əməliyyatından Sonra Yeni Hamiləliyə Hazırlıq
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı mövzusunda faydalı məlumatlar paylaşmağa davam edir.
Fərz edək ki, sizin ilk doğuşunuz təbii yolla baş verməyib və gözəl bir qızınız dünyaya gəlib.İndi isə oğul haqqında xəyallar qurursunuz, lakin qeysəriyyə əməliyyatından sonra bu mövzuda qorxularınız çoxdur.Gəlin bu məsələyə aydınlıq gətirməyə çalışaq.
Qeysəriyyə əməliyyatının xüsusiyyətləri
Qeysəriyyə əmliyyatı – qarının aşağı hissəsində eninə və uzununa kəsiklər edilən doğuş növüdür.Məhz elə bu kəsik vasitəsilə də həkimlərin köməyilə yenidoğulan körpə dünyaya gəlir.
Problem isə ondan ibarətdir ki, əməliyyat zamanı həm qarın, həm də uşaqlıq yolu kəsilir.Nəticədə də, həmin bölgələrdə çapıqlar və izləri qalır.Lakin, əgər qarındakı çapıqlar 2 – 3 aya itirsə, uşaqlıq yolunda çapıq izləri daha uzun müddətə yoxa çıxır.
Qeysəriyyə əməliyyatından sonra necə doğum etmək məsləhətdir ?
Təbii və vaqinal doğuşun ən təhlükəsiz və sağlam doğuş olması fikri bütün dünyanın mütəxəssis və ginekoloqların ortaq qərara gəldikləri fikirlərdəndir.
Statistik göstəricilərə əsasən, qeysəriyyə əməliyyatı olmuş qadınların 70 % - i vaginal ( normal ) doğum edə bilmişlər.
Bundan da başqa, təbii doğumun bir çox üstünlükləri var :
Narahatlıqlar və pataloji hallar riski az olur ;
Təbii yolla dünyaya gələn körpələr daha möhkəm və daha sağlam olurlar ;
Qeysəriyyə əməliyyatından sonra sağalma prosesləri uzun olur ;
Təkrar baş verən əməliyyat qadının yenidən hamilə qalması prosesi üçün önəmli olan menustrasiya dövranının pozulmasına səbəb olur ;
Əziz analar ! Bütün gəldiyimiz nəticələri üst – üstə qoyaraq onu deyək ki, əgər xüsusi halınız yoxdursa, həm öz, həm də körpənizin sağlamlığı üçün təbii doğuma üstünlük verməlisiniz !