loading...
loading...

Doğuş başladıqdan sonra qeysəriyyə etməy daha faydalıdır - Mütəxəssis fikri

loading...

Doğuş başladıqdan sonra qeysəriyyə etməy daha faydalıdır - Mütəxəssis fikri

Aparılan son tədqiqatlar doğuş başladıqdan sonra qeysəriyyə etməyin daha doğru olduğunu ortaya qoyub. Mütəxəssislərin fikrincə, bu, həm faydalı, həm də sağlamlıq baxımından əhəmiyyətlidir.

 

Doğuş başladıqdan sonra edilən qeysəriyyə haqqında bəzi maraqlı məqamlarla sizi tanış edirik.

 

Əvvəlcə onu qeyd edək ki, bir çox qadın qeysəriyyədən qaçmaq istəsə də, doğuş həmişə normal keçməyə bilər. Bu, əlbəttə, hər zaman pis hal demək deyil. Hətta bu mövzuda aparılan araşdırmalardan biri hər qeysəriyyənin eyni olmadığını da sübut edib.

 

"Journal of American Medical Associates'te” bu ay nəşr olunan sayında Şotlandiyada reallaşan 321,287 doğuş üzərində uzun müddət apardığı araşdırmanın nəticəsini açıqlayıb. Bu doğuşlardan  4 %-i planlı, 17 % -i təcili (planlaşdırılmamış) qeysəriyyə ilə reallaşıb. Digər 252,917 doğuş isə vaginal, yəni təbii doğuş olub.

 

Qeysəriyyə də olsa, doğuşun başlamasını gözləmək lazımdır

 

Araşdırma nəticəsində məlum olub ki, planlı qeysəriyyə ilə dünyaya gələn körpələr vaginal doğuşla və ya planlaşdırılmamış qeysəriyyə yolu ilə doğulan körpələrə nisbətən daha çox sağlamlıq problemləri yaşayırlar. Tədqiqatçılar gözləyiblər ki, planlı qeysəriyyənin doğuş başladıqdan sonra edilən qeysəriyyədən daha faydalı olması faktı ilə qarşılaşacaqlar. Lakin tam əksinin sübut olunması onları da təəccübləndirib.

 

"New York Times”a müsahibə verən tədqiqatçı alim Mairead Black bu barədə deyib: "Vaginal yolla (normal doğuşla) dünyaya gələn körpələr analarının bədənindəki bakteriyalarla təmas halında olaraq dünyaya gəldiyi üçün daha qüvvətli immunitet sisteminə sahib olurlar. Lakin normal doğuşun mümkün olmadığı hallarda, məcburi qeysəriyyə ilə bunu kompensasiya etmək mümkün ola bilərmi? Bəli. Araşdırmalar sübut etdi ki, təbii doğuş anı başladıqdan sonra edilən qeysəriyyədə körpənin az miqdar da olsa, bu bakteriyalara məruz qalma şansı olur”.

 

Diabet riski yüksəlir

 

Araşdırmanın ən təəccüblü nəticələrindən biri də budur: planlı qeysəriyyə ilə doğulan körpələr planlaşdırılmamış qeysəriyyə yolu ilə doğulan körpələrə nisbətən  35% daha çox 1-ci tip diabet xəstəliyinə tutulma riski daşıyır. Eyni zamanda, astmaya tutulma riskləri də daha çoxdur.

 

Bəs nə etməli?

 

Normal doğuşa mane olacağı və ya normal doğuşu çətinləşdirəcəyi təsbit edilən (körpənin mövqeyinin tərs olması və ya başqa bir sağlamlıq problemi kimi) bir vəziyyət meydana gəldikdə qeysəriyyəni planlaşdırılan tarixdə etməyə tələsməyin. Əksinə, doğuşun təbii başlamasını gözləyin. Doğuşun başladığını göstərən (ilk sancılar, suyun gəlməsi və s.) əlamətlər başladıqdan sonra qeysəriyyə ilə doğuş etməyə üstünlük verin.

 


 

loading...
Oxşar xəbərlər