Doğuşun 6 Növü – Hansı Daha Əlverişlidir ?

loading...

Doğuşun 6 Növü – Hansı Daha Əlverişlidir ?

 

Aile.fenomen.az saytı hamilələr üçün maraqlı və faydalı məlumatlar bölüşməyə davam edir.

 

Körpənin doğulması – bütün ailə üçün inanılmaz sevincli xəbərdir.Lakin, doğuş zamanı ana və yenidoğulan körpənin keçirdiyi stress və həyəcanı unutmaq olmaz.Məhz bu səbəbdən də ana həm mənəvi, həm də fiziki olaraq maksimum dərəcədə doğuma hazır olmalıdır.

 

Doğuş zamanı ən önəmli seçim isə doğuşun növünün təyin edilməsi prosesidir.Bugünkü mövzumuz da elə bu barədədir.

 

Ənənəvi doğuş

 

Akuşerlər doğuşun bu növünə əlbəttə ki, çox gözəl bələddirlər və hər hansı bir çətinliyin yaranması zamanı vəziyyətə müdaxilə etməyi bacarırlar.Doğuşun ən çox yayılmış növüdür.

 

Qeysəriyyə yolu ilə baş verən doğuş

 

Doğuşu bu növü ilə körpələr cərrahi əməliyytın köməyilə dünyaya göz açırlar.Qeysəriyyədən o zaman istifadə olunur ki, ana təbii doğum keçirə bilmir.Lakin, könüllü olaraq tam sağlam və problemi olmayan ana da qeysəriyyədən istifadə edərək körpəsini dünyaya gətirə bilər.

 

Suda baş verən doğuş

 

Müasir gənc analar arasında ən çox və geniş yayılmış doğuş növüdür.Bu doğuş isti, ilıq su ilə doldurulmuş vanna yaxud hovuzda baş verir.

 

Leboera doğuşu

 

Fransız alimi Leboer tərəfindən hazırlanmışdır və demək olar ki, ən yeni oğuş növlərindəndir.Onun teoriysına görə, ana işıqlanması bir qədər zəif olan və həzin musiqi səsləndirilən otaqda doğum etməlidir.

 

Ev şəraitində baş verən doğuş

 

Bu doğuş növü ana onun üçün yad olmayan və öyrəşdiyi şəraitdə - evdə baş verir.Doğuşa hamiləliyi dövründə anaya məsləhət verən həkimi yerinə yetirməlidir.Amerika, Hollandiya kimi inkişaf etmiş ölkələrdə bu demək olar ki, ən çox yayılmış doğuş növüdür.

 

Ailə yaxınlarının köməyi ilə baş verən doğuş

 

Bu doğuş növü o deməkdir ki, ana doğuş edərkən ananın yanında onun üçün ən yaxın olan insan – yəni, körpəsinin atası, yoldaşı olur.Get – gedə belə doğumların sayı artmaqdadır.Yoldaşının köməyi ananın elə çətin və ağrılı zamanında onun üçün böyük ruh tüksəkliyi yaradır və doğumun daha stabil keçməsinə yardım edir.

 

 

loading...
Oxşar xəbərlər