Hamilə olub – olmadığınızı dəqiq bilmək üçün hamiləlik testini nə zaman almaq lazımdır ?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.
Hər qadının həyatında hamiləlik ən çox gözlənilən və xoşbəxt andır.Buna görə də ilk şübhələrini hiss etdiyi anda hər qadın hamilə olub – olmadığını öyrənməyə can atır.Bu zaman qadını bir maraqlı sual narahat edir : " görəsən, hamiləlik testini nə zaman etməliyəm ?”.Axı demək olar ki, qadınların çoxu testin hansı müddətdə 100 % doğru nəticə göstərəcəyini bilmirlər.
Əvvəla testin nəticəsinin doğru olmasıı gözləmək üçün nələr etməli olduğumuzu öyrənməyə çalışaq.
1. Ilk olaraq onu qeyd edək ki, şübhələndiyiniz anın səhəri günü test etməyə çalışmayın.Çünki, hamiləlik olsa belə erkən zamanda test mənfi cavab göstərə bilər.
2. Cavabınızın tam dəqiq olmasını istəyirsinizsə, testi edərkən səhər sidiyindən istifadə edin.Çünki, ən düzgün cavab reaksiyasını səhər sidiyi göstərəcək.Əgər hamiləliyin zamanı bir qədər uzundursa, məsələn gecikmədən 6 – 7 gün sonra, belə olan halda testi günün istənilən vaxtında edə bilərsiniz.Belə zamanda çünki qanda hamiləlik hormonları artıq çox miqdardadır.
3. Testin həqiqi nəticəsi onu edəndən 5 dəqiqə sonra hesablanır.Bəlli zaman keçdikdən sonra nəticə düzgün olmaya bilər.
4. Hamiləliyi qan analizinin köməyilə də yoxlaya bilərsiniz.Lakin yoxlanma zamaı heç bir həb və dərmanlardan istifadə olunmamalıdır.
5. Hamiləliyin diaqnostikası yalnız təzə sidik üzərində aparılmalıdır.Yəni, testi yoxladığınız gün.
6. Test yoxlamağınıza 2 – 3 saat qalmış qarpız və digər başqa sidikqovucu meyvələr yeməyiniz məsləhət deyil.Çünki, nəticə doğru olmaya bilər.
7. Sidiyin tərkibinin tam yaxşı göstərməsi üçün məsləhətdir ki, testi etməyinizə 3 saat zaman müddətində ayaqyoluna getməyəsiniz.
Testin yanlış cavab göstərməsinə nə səbəb ola bilər ?
1. Əvvəla onu qeyd edək ki, testin nəticəsi yanlış və pis test alındığı zaman səhv göstərilə bilər.
2. Çox zaman testin yanlış göstərməsinə səbəb qadınların özü olur.Çünki hər testin öz istifadə qaydası var və fərdi olaraq arxada yazılmış qaydaları oxumaq və onlara dəqiqliklə riayət etmək lazımdır.
3. Testi yoxladığı müddətdə qadının qəbul etdiyi dərman preparatları yanlış nəticəyə yol aça bilər.
4. Sonsuzluq üçün qəbul edilən preparatlar çox zaman olmadığı təqdirdə hamiləliyi göstərir.
5. Həmçinin test qadın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi zaman yanlış nəticə göstərə bilir.