Hamiləlik Zamanı Hıçqırma Bu Zaman Təhlükə Hiss Etmək Lazımdırmı ?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı məlumtlar paylaşmağa davam edir.
Hamilə bir qadının orqanizmini başqa orqanizm ilə müqayisə etmək praktiki olaraq mümkün deyil.Normal halda orqanizmimizdə diqqət etmədiyimizi bir çox problemə bu maraqlı vəziyyət zamanı bir çox qorxu və həyəcana səbəb ola bilir.
Ani fikir və düşüncələri birdəfəlik olaraq beyninizdən atmaq və hamiləlik zamanı hıçqırığın yaranması, səbəbləri haqqında, eləcə də bu baş verdiyi zaman təhlükəli olub – olmaması haqqında düşüncələri dəqiqləşdirmək üçün məlumatımızın ardını oxumağa davam edin.
Hamilələrin çox hıçqırmasının səbəbi nədir ?
Hıçqırmanın yaranmasına şərait yaradacaq amillər çoxdur.Bunlardan ən əsasları aşağıdakılardır :
Diafraqmanın ( döş qəfəsinin ) sinə nahiyəsinin qıcıqlanmaları ;
Orqanizmin soyuqlanması ;
Güclü gülüş ;
Stress və həyəcan ;
Qida borusu və həzm sistemində baş verən pozulmalar ;
Mədə yaxud qida borusunda maye yaxud havanın artıqlığı.
Hamiləlik zamanı hıçqırma təhlükəli və qorxuludurmu ?
Əlbəttə ki, yox ! Mütəxəssis və alimlərin çox illik araşdırmalarına görə hıçqırma həm ana, həm də körpə üçün tamamilə təhlükəsizdir.
Lakin əgər hamiləlik zamanı bu proses sizə bir qədər ağırlıq və diskomfort hissi yaradırsa, yaxşı olar ki, hamilə qadın öz ginekoloq həkimi ilə məsləhətləşsin.Bu zaman siz yaranan narahatlığı aradan qaldırmış olacaqsınız, həm də özünüz və körpənizin sağlamlığından maksimum rahat olacaqsınız.
Görəsən hıçqırma zamanı ana hıçqırır yoxsa bətndəki körpə ? Hıçqırıq körpədə baş verirsə narahat olmaq lazımdır ?
Həkimləri fikirlərinə görə, hıçqırma bətndəki körpənin mərkəzi sinir sisteminin normal fəaliyyətdə olmasının əlamətlərindən biridir.Bu yolla körpə gələcəkdə döş əmmək, qidanı udmaq və müstəqil tənəffüs almaq üçün ilk addımlar atmağa başlayır.Həm də onu da qeyd edək ki, məhz hıçqırıq ürək, bağırsaq və digər başqa orqanların güclü işləməsi üçün masaj rolu oynayır.
Ən maraqlısı isə odur ki, hıçqırma körpənin özü üçün heç bir narahatlıq hissi yaratmır.