Hamiləlik Zamanı Başgicəllənməsi Səbəbləri Nədir ?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı üçün maraqlı məlumatlar paylaşmağa davam edir.
Yüngülvari şəkildə dayanıqlığın pozulması, ətrafdakı predmet və cisimlərin yaxud da öz şəxsi bədəninin fırlanması və hərəkətdə olması hissinə başgicəllənmə deyilir.
Bu vəziyyət bəzi xəstəliklər zamanı daxili qulaq, vestibulyar aparatın iltihabi halları zamanı baş verir.Bəzi hallarda hamiləlik zamanı qadınlar belə hisslər yaşaya bilirlər.
Hamiləlik zamanı başgicəlləməyə səbəb nədir və bunun üçün narahat olmaq lazımdırmı ?
Başgicəllənmə halları ani hərəkətlər zamanı, məsələn qadın anidən yerindən qalxarsa bu hissi keçirə bilər.Beyin həmin an kifayət qədər oksigen ala bilmir və bu səbəbdə də gicəllənmə halları baş verir.
Əgər gicəllənmə zamanı həmçinin, ümumi halsızlıq, ürəkbulanma, qusma, özündən getmə kimi hallar da baş verirsə,bütün bu şikayətlərlə həkimə müraciət etmək məsləhətdir.
Belə halda olan qadın kənarda və ətrafında baş verənləri anlaya görə bilir, lakin reaksiya verə bilmir.Artıq beyin qidalanmanı dayandırdığı an "sönmə” baş verir və huş itir.Huşun itməsi halları ümumi olaraq tez – tez və ciddi xəstəlik səbəbilə baş vermirsə, bu vəziyyət üçün narahat olmağa ehtiyac yoxdur.Ən vacibi odur ki, hamilə qadının yanında hər zaman kimsə olsun və huşunu itirdiyi zaman ona ilkin yardımı göstərə bilsin ki travma alınmasın.
Səbəbləri :
- onurğa sütunun boyun hissəsinin osteoxondrozu ;
- ürək və əzələ sistemi xəstəlikləri ;
Hamilənin orqanziminin fizioloji dəyişiklikləri səbəbləri :
- hamilənin orqanizmində proqesteron maddəsinin səviyyəsinin yüksəlməsi ;
- kifayət qədər oksigenin alınmaması ;
- böyüyən körpənin əzələlərə təsir edən fiziki təzyiqi.
Sonda isə maraq məqsədilə hamilələrdə başgicəllənmə hallarının baş verməsinin ümumi səbəblərini sadalayaq : hormonlar, hemoqlobinin aşağı düşməsi, qanda şəkərin səviyyəsi, orqanizmdə maye ehtiyatının çatışmazlığı.