Hamilə Qadınların Qorxuları
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.
Test çubuğunda iki xətt göstərir! Ürəyiniz dəli kimi atmağa başlayır və beyninizdə gələcəyə dair xoşbəxt tablolar canlanır.Məhz elə bu an ürəyinizdə həyəcan və qorxu yaranmağa başlayır.Və doğuma vaxt azaldıqca ananın qorxu və həyəcanı lap yüksəyə qalxır.
Hamiləlik zamanı qorxu nəyə səbəb ola bilər?
Qorxu hissini qiymətləndirməmək olar?Yüksək qorxu və gərginlik hissi stessli vəziyyət zamanı yaranır.Hamiləlik zamanı isə bu heç də yaxşı nəticə vermir.Qorxulardan qurtulmaq üçün onların yarama səbəblərini öyrənib, bilmək lazımdır.Bu artıq yaranmış problemin gələcəkdə nələrə səbəb ola biləcəyini öyrənməyimizə şərait yaradacaq.
Qorxu yoxsa həyəcan təbili ?
Bu iki anlayış arasında əslində böyük fərq var, bunu isə yalnız cüzi insanlar görə bilir.
Qorxu – insanın hər hansı bir mövcud təhlükə üçün hiss etdiyi hissdir, emosionl reaksiyadır
Həyəcan təbili – insanların qərar verə bilmədikləri, çaşqın olduqları zaman yaranan hissdir.
Hamilə qadınların ən məşhur və çox zaman yaranan qorxuları :
Tam doğulmamış yaxud xəstə körpə dünyaya gətirmək ;
Doğuş öncəsi qorxu və həyəcan ;
Körpəyə xələl gətirmə qorxusu ;
Analıq məzuniyyətinə çıxış zamanı işini itirmə qorxusu ;
Çirkin olma qorxusu ;
Yaxşı ana olmamaq qorxusu ;
Körpəni itirmək qorxusu .