Hamiləlik Zamanı Yüksək Qan Təzyiqi Bu Təhlükəlidirmi?

loading...

Hamiləlik Zamanı Yüksək Qan Təzyiqi Bu Təhlükəlidirmi?

 

Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


Mütəmadi şəkildə hamilə qadının arterial qan təzyiqinin ölçülməsi adət halını almalıdır.Təklif edirik ki, hamiləlik zamanı yüksək qan təzyiqinin nə olması və hansı təhlükələr yarada biləcəyini araşdırmağa çalışaq.


Yüksək qan təzyiqi nədir və neçə olmalıdır?

Bunu aydınlaşdırmaq üçün sizə aşaöıdakı cədvəli təqdim edirik :


120\80 – 130\85 – normal arterial təzyiq

130\85 – 139\89 – artmış qan təzyiqi

140\90 – yüksək arterial qan təzyiqi

Əgər hamiləliyin 20 – ci həftəsindən sonra təzyiq artmağa başlayırsa, söhbət hipertoniyadan gedir.Belə səhhət dəyişməsinə hamiləlik səbəb olur.Narahat olmağa ehtiyac yoxdur, hamiləlik bitdikdən sonra sizin təzyiqiniz öz normal halına düşəcək.

Lakin, əgər qan təzyiqi hamiləliyin 20 – ci həftəsinə qədər yaranıbsa, buna səbəb hipertoniya deyil.


Qan təzyiqinin əlamətlərini ayırd etmək çox da çətin deyil.


Baş ağrıları

Göz önündə ilğımlaşma

Ürəkbulanma

Başgicəllənmə

Vəziyyətin ümumi pisləşməsi

Qulaqlarda küy

Qusma

Sinə dərisinin qızarması

Üzdə qırmızı ləkələr

Hamilələrdə qan təzyiqinin yüksəlməsinin səbəbləri nədir ?


Hamilənin təzyiqinin yüksəlməsi hər qadının orqanizminin fərdi fəaliyyətindən asılıdır.Lakin, ümumi və ortaq əlamətlər bunlar sayılır :


Xroniki stress, əsəb və emosional gərginlik ;

Irsi faktorlar ;

Siqaret və spirtli içkilərdən istifadə;

Bədən kütləsinin böyük olması, piylənmə ;

Fiziki aktivliyin az olması ;

Şəkərli diabet xəstəliyindən əziyyət çəkilməsi.

loading...
Oxşar xəbərlər