Hamilələrə Şokolad Yemək OLAR?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.
Şokoladın ziyanlı yaxud faydalı olması haqqında fikirlər haqqında uzun mübahisələr aparmaq olar.Bu dadlı məmulatın tərəfdarları şokoladın tərkibindəki antioksidant maddələr və yaşlanma əleyhinə birləşmələrin olması fikri ilə müdafiə edirlər.Şokoladın tərkibində həmçinin müxtəlif yağ turşuları, B vitamin qrupları, kalium, kalsium və başqa mineral birləşmə və ehtiyatlar var.Şokoladın təsiri ilə orqanizmdə endofrinlər – yorğunluğu, depressiv halları aradan qaldıran həzz hormonları ayrılır.
Hamilə qadınlara gəldikdə isə, nəzərinizə onu çatdıraq ki, hamilələrə bu məmulatı yemək olmaz, çünki, tərkibində kakao – tozu və kakao – yağı var.Bu maddələr orqanizmə daxil olaraq allergik xüsusiyyətlərin formalaşmasına şərait yaradır.Bu xüsusiyyətlərinə görə şokolad sərt və allergik reaksiyalara daha çox meyilli məhsul kimi qəbul olunur.
Hamiləlik dövründə, xüsusilə də ikinci yarısında və döşdən əmzirmə dövründə analar unutmamalıdırlar ki, onlar yalnız öz sağlamlıqlarına deyil, eyni zamanda körpələrinin də sağlamlığından cavabdehdirlər.
Nəinki şokolad, hamilələr qida rasionlarına xüsusi diqqət və ehtiyatla yanaşmalı, allergik reaksiya yarada biləcək bütün məhsullardan maksimum uzaq durmalıdırlar.