Gilasın Bilmədiyiniz FAYDA VƏ TƏHLÜKƏLƏRİ
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bu faydalı hesab edilən giləmeyvənin bir çox çatışmayan xüsusiyyətləri var.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, gilas insanı gözəlləşdirmə xüsusiyyətinə sahibdir.Onun lətli hissəsində B1 və B2 vitaminləri vardır ki, bu da dırnaq, saç və dəriyə müsbət təsir göstərir.Mütəxəssislər bildirirlər ki, " gilas uqri, ekzema və psorioz kimi müxtəlif dəri xəstəlikləri zamanı çox təsirlidir ".Bundan başqa, gilasda sümükləri, dişləri möhkəmləndirən və görməni yaxşılaşdıran A vitamini mövcuddur.Tərkibində olan yüksək miqdarda olan antioksidantların hesabına gilas qocalmanın qarşısını alır və hüceyrələrin yenilənməsini təmin edir.Həkimlər bildirirlər ki, tünd gilas gilələri hipertoniya xəstələri üçün faydalıdır.
Gilas həzm sisteminin fəaliyyəti üçün də xeyirlidir.Gilas maddələr mübadiləsini yaxşılaşdırdığı üçün həzm sistemini də yaxşılaşdırır.Ac qarına bu meyvəni yeməkıə qəbizlikdən və mədə ağrılarından xilas olmaq mümkündür.
Mütləq şəkildə qeyd etmək lazımdır ki, bağırsaq problemləri olan şəxslər gilas yeyərkən ehtiyatlı olmalıdırılar.Mədə xorası, mədə problemləri olan şəxslər də bu meyvədən uzaq durmalıdırlar.Şəkərli diabet xəstəliyindən də əziyyət çəkənlər gilas yeyərkən qədərini aşmamalıdırlar.
Gilası yemək yedikdən dərhal sonra yemək olmaz : minimum yeməkdən 30 dəqiqə keçməlidir.Birdən çoxlu miqdarda gilas yemək isə diariyaya yol aça bilər.
loading...