Bu İÇKİLƏRİ Rasionunuza Daxil ETSƏNİZ...

loading...

Bu İÇKİLƏRİ Rasionunza Daxil ETSƏNİZ...

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

1. YAŞIL ÇAY
Tərkibində olan bol miqdarda  flavonoidlərin, polifnolların və antioksidantların hesabına orqanizmdəki sərbəst radikalları neytrallaşdırır, sümükləri möhkəmləndirir, ürək - əzələ sistemi xəstəliklərindən qoruyur və xərçəng xəstəliyinin yaranmasının qarşısını alır.

2. NANƏ ÇAYI
Bu içki həzm sisteminin fəaliyyətini normallaşdırır və yüngülləşdirir.Nanə həmçinin əzələ ağrılarından da azad olmaq üçün çox təsirlidir.

3. YAĞSIZ SÜD
Süd uzub müddət aclıq hissi yaratmadan toxluq hissi yaradır ki, bu da artıq çəki ilə mübarizədə çox önəmlidir.Tərkibində karbohidratlar, zülallar, kalsium və D vitamini var.Ən faydalısı isə budur ki, 1 % yağlılığı olan süd içəsiniz.

4. SOYA SÜDÜ
Qanda xolesterinin miqdarını azaldaraq ürək - damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır.Lakin, onu da qeyd edək ki, birmənalı şəkildə inək südünü soya südü ilə əvəz etmək olmaz.Çünki, belə olan təqdirdə, orqanizmdə kalsium və Avə D vitaminləri çatışmazlığı kimi problemlər yarana bilər.

5. İSTİ ŞOKOLAD YAXUD DA KAKAO
Bu içkilər orqanizmdə xoşbəxtlik hormonu olan serontoninin ayrılmasına yardım edir.Bunda başqa, isti şokolad ürək - damar sistemi xəstəliklərinin yaranmasının da qarşısını alır.

6. TOMAT ŞİRƏSİ ( DUZSUZ )
Tərkibində olan likopen adlı maddənin hesabına orqanizmdə olan bir çox onkoloji xəstəliklərin ( ağciyər, mədə,bağırsaq, ciyər, sinə, yumurtalıq yolu ) profilaktikası üçün çox təsirlidir.

7. İTBURNU ÇAYI
Bu içkinin faydası haqqında alimlər çox deyiblər.O, həzm sistemi və sidik yolu infeksiyaları ilə mübbarizədə çox təsirlidir.Qanda xolesterinin miqdarını da azaldır.

8. PORTAĞAL ŞİRƏSİ
Bildiyimiz kimi vitami C immuniteti yüksəldir, xəstəliklərdən qoruyur.Hamiləlik dövründə içilməsi xüsusi məsləhətlidir.
 

loading...
Oxşar xəbərlər